Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Divara kərpic şəkilin boya ilə çəkilməsi.

Divara kərpic şəkilin boya ilə çəkilməsi.

by admin
0 şərh 31 görüntü

Loft, minimalizm və kantri üslublarında təbii materialların istifadəsi vacibdir. Bunun üçün əlinizə mala yox, fırça almanız yetər. Rəngi öz zövqünüzə görə seçə bilərsiniz.

Bu məqsədlə elastomer boya istifadə edilir. O, divarın üzərinə olduqca hamar çəkilir və eyni zamanda divarı nəmişlikdən qoruyur. Şux rənglərdən istifadə etmək istəyənlər su emulsiya əsaslı və ya akril boyalardan istifadə etməlidir.

 

 

Boyamanın üstünlükləri:

  • istifadə olunan materialların ekoloji təmiz olması;
  • boyanmanın nisbətən sadə üsul olması;
  • lazım gəldikdə asanlıqla yenilənməsi;
  • çox vəsait tələb etməməsi.

.

Çatışmayan cəhətləri:

  • rəngi düzgün seçmək üçün onu ağ kağızın üzərinə çəkib quruyana qədər gözləmək lazımdır;
  • boya çəkiləcək divar səthi tam düz olmalıdır;
  • divarın üzərində arzuolunmayan xırda zədələr ola bilər.

Məsləhətlər.

Divarlara kərpic hörgüsü görünüşü verdikdə əsas məsələ maksimal şəkildə təbii kərpicə oxşarlığa nail olmaqdır. Keyfiyyətsiz materiallar seçildikdə görülən iş ümumi interyerin fonunda olduqca pis görkəm ala bilər.

Divara boya vurduqda yaxşı olar ki, boya ilə çəkilmiş kərpiclərin ölçüsü əsl kərpiclərin ölçüsü ilə eyni olsun.

Divar kağızlarının tozu vaxtaşırı silinməlidir.

Panel və plitələrin üzəri sabunlu su ilə yuyulmalıdır.

Divarların rəngi ilə eksperiment aparmaqdan çəkinməyin: zövqünüzə uyğun istədiyiniz rəngi seçə bilərsiniz.

Divar kağızını süni şəkildə nahamarlaşdırılmış divara yapışdırmaq üçün kağızın üzərinə yapışqan çəkilir. Sonra kağız divara yapışdırılır. Divara kip sıxılır və qurudulur.

Divarın üzərində aparılan işlər güclü işıq altında həyata keçirilməlidir.

Həddindən artıq səy göstərməyin. Əks təqdirdə mənziliniz zirzəmini xatırladacaq.

 

You may also like

Şərh yaz