Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Yataq otağının təmirinə dair 6 faydalı məsləhət.

Yataq otağının təmirinə dair 6 faydalı məsləhət.

by admin
0 şərh 31 görüntü

Yataq otağının təmiri — mənzilin ümumi təmirinin ən mühüm olan ayrılmaz hissəsidir. Çünki insanın əhval-ruhiyyəsi və sağlamlığı bir başa mənzilin və o cümlədən yataq otağının təmirində istifadə olunan materialların keyfiyyətindən asılıdır.

1.Sağlamlığa zərər gətirmədən rahatlığın yaradılması.

Təmir zamanı təbii, ekoloji təmiz və hipoalergen tikinti və üzləmə materiallarından istifadə etməyə çalışın. Onları “nəfəs alan” materiallar da adlandırırlar. Belə materiallara müxtəlif növ taxta, probka, kağız, parça, şpon, beton, kərpic, şüşə, daş, bambuk, keramik plitə və keramoqranit aiddir. Tərkibində sağlamlığınıza zərər verə biləcək ağır metallar olan ucuz laklar, boyalar və mastikalardan uzaq durun.

Mənzilinizdə təmiz hava axınını təmin edin: çoxqatlı pərdələrdən, qəliz və mürəkkəb dekor əşyalarından və döşəmə örtüklərindən imtina edin. Nə qədər az mebel əşyası istifadə etsəniz, bir o qədər yaxşıdır.

Çalışın təmir zamanı şux rəngli, hamar və parlaq üzlük materiallarından az istifadə edəsiniz, və ya onlardan heç istifadə etməyin. Tavanda və divarlarda iri ölçülü güzgülərdən çox ehtiyyatla istifadə etmək lazımdır. Yataq otağınızda rahatlıq əldə edib, tez yuxuya getmək üçün açıq rəngli mebel və dekor əşyalarından istifadə etməyə çalışın.

Yataq otağını işıqlandırmaq üçün tavanın ortasında asılan bir ədəd iri çıl-çıraq istifadə etmək əvəzinə, bir neçə lokla işıq mənbələrindən istifadə etmək daha məqsədəuyğundur. Yaxşı olar ki, işıqları yataqda uzanarkən, yerinizdən qalxmadan söndürüb-yandırmaq rahat olsun.

2.Təmir üslubunun seçilməsi.

Əgər yataq otağınız kiçikdirsə, onu haytek, minimalizm və ya skandinaviya üslubunda təmir edin. Niyə? Çünki interyerdə nə qədər az əşya olsa, otaq bir o qədər geniş və havalı olacaq.

Böyük sahəli və düzbucaq formasında olan yataq otağını renessans, eklektika və ya klassik üslubda təmir edilməlidir. Burada əsas olan otağın mərkəzini boş saxlayaraq, dolabları, rəfləri, kresloları, komodları divar boyu yerləşdirməkdir. Studiya tipli otaqlar üçün ideal olan eklektika, loft və ya skandinaviya üslublarıdır.

Siz həmçinin müxtəlif üslublara aid olan əşyaları bir otaqda yerləşdirə bilərsiniz. Nəticədə minimum əşya istifadə etməklə maksimum funksionallıq qazanma imkanı əldə etmiş olacaqsınız.

Yadda saxlayın ki, təbii materialların bahalı olması onların ucuz materiallarla əvəz edilməsinin səbəbi olmamalıdır.

3.Elektrik xətlərinin çəkilməsi.

Çarpayıyanı aydınlatmaların açarları əlçatan məsafədə olmalıdır. Tavanda asılan çıl-çırağın yandırıb-söndürülməsi üçün isə bir neçə iş rejimi olan açarlar quraşdırılmalıdır. Bu məqsədlə dimmerdən istifadə etmək olar. Açarları iki fərqli yerdə yerləşdirməklə siz çıl-çırağın işıqlarını müxtəlif yerlərdən yandırıb-söndürə bilərsiniz. Bu olduqca rahatdır.

Otaqda nə qədər çox elektrik açarı və prizlər olarsa, sizin üçün daha rahat olar. Çarpayının yanında 3 dənə açar quraşdırın: ortadakı açar tavandakı çıl-çıraq üçün, sağda və soldakılar isə çarpayıyanı aydınlatmalar üçün nəzərdə tutulmalıdır.

Otaq temperaturunun optimal səviyyədə olmasını kondisionelər təmin edir. Onları elektrik xətlrinə qoşmaq üçün xüsusi elektrik prizləri quraşdırsanız, uzatmalardan istifadə etməyə ehtiyac qalmayacaq.

 

4.Tavanın təmiri.

Əksər hallarda təmir zamanı tavan su-emulsiya əsaslı boyalarla boyanır. Boyanın eynibərabər paylanması üçün tavana qabaqcadan astar çəkib, suvaq vurmaq lazımdır. Uyğun rəngi seçmək üçün siz xüsusiləşdirilmiş boya satılan mağazaların təqdim etdiyi rəngseçmə xidmətlərindən istifadə edə bilərsiniz.

Əslində tavanı boyamaq çox asandır: qabaqcadan boyanmaya hazırlanmış tavana ənli rəngsaz rulo-fırçası köməyi ilə bir neçə qat boya çəkin. Hər qatı çəkdikdən sonra, onun qurumasını gözləyin.

Hər sonrakı qatı ondan öncəki qatın çəkilmə istiqamətinə perpendikulyar olaraq çəkin. Bununla siz eynibərabər rəngə nail olacaqsınız.

Digər variant — gipskartondan (alçıpandan) yığılmış asma tavandır. Onun montajı üçün tavana xüsusi karkas bənd edilir. Bu karkas kronşteynlərdən və yönləndirici elementlərdən ibarətdir: burada daşıyıcı U-vari və birləşdirici C-vari profillər ayırd edilir. Gipskarton plitələr bu karkasın üzərinə bənd edilir.

Belə tavanın çəkisi çox olduğu üçün kipskarton plitələr karkasa 100-120 mm-lik anker boltlar vasitəsi ilə etibarlı şəkildə bənd edilməlidir. Bu üsulla çoxsəviyyəli, içərisinə işıqlandırmalar quraşdırılan tavan konstruksiyası yaratmaq mümkündür

5.Hansı divar kağızlarından istifadə edilməlidir?

Kağızdan hazırlanmış. Bunların əsas üstünlükləri — rəng və fakturasının böyük seçiminin olması, ekoloji cəhətdən təmizliyi və asan yapışdırılmasıdır.

Lakin, qeyd etmək lazımdır ki, yataq otağınıza həddən artıq çox günəş işığı düşürsə, kağızın rəngi qısa zamanda solğunlaşacaqdır.

Vinil divar kağızları. Onlar bərk və uzunömürlü olur. Yeganə çatışmayan cəhəti — hava buraxmamasıdır. Son zamanlar satışda hava keçirən sərt vinil divar kağızlarına rast gəlmək olur. Lakin onların qiyməti bir qədər bahadır.

Flizelindən hazırlanmış divar kağızları. Yataq otağı üçün ən optimal variantdır. Onlar havakeçirən, ekoloji təmiz və asan yapışdırılan olur. Yeganə mənfi cəhəti odur ki, onları ideal hamar və səthi düz olan divara yapışdırmaq lazımdır.

Tekstil divar kağızları. Onlar üzəri saplarla işlənmiş kağız əsaslı divar kağızlarıdır. Nəticədə ekoloji təmiz, əl vurduqda xoşagələn, səs və istiqoruyucu divar örtüyü alınır. Mənfi cəhəti — tozu üzərinə cəlb edir və xüsusi qulluq tələb edir.

Ekoloji cəhətdən müasir olan daha 3 variant mövcuddur.

  1. Divara parçanın çəkilməsi.

Bu məqsədlə kətan və ya pambıq parçalardan istifadə edilir. Bu üsulun müsbət cəhətləri — ekoloji baxımından təmiz olması, səs və istilikqoruma xüsusiyyətləridir.

Mənfi cəhətli: qulluğun çətin olması. Belə ki, divarların daim tozsoranla təmizlənməsi tələb olunur.

  1. Taxta panellər.

Bildiyimiz kimi, taxta 100% materialdır. Bundan əlavə, taxta otağın daxilində təbii mikroiqlim yaradır, yəni, otaqda optimal temperatur və nəmlik səviyyəsini qoruyub saxlayır. Bundan əlavə, qeyd etmək lazımdır ki, keyfiyyətli panellərin istifadə müddəti 50 ildən artıqdır.

  1. Yumşaq divar panelləri.

Bu yeni növ divar örtüyü 3 qatdan ibarətdir. Əsası sərt plastik və ya taxta; orta qatı — isti və səs qoruyan yumşaq izolyasiya edici material; xarici qatı isə dəri və ya parça olur.

Yumşaq divar panellərin üstün cəhətləri: gözəl görünüşü, isti və səs qoruma xüsusiyyətləri.

Onların mənfi cəhətləri: bahalı olması, üzərinə toz yığması, üst qatının asanlıqla zədələnməsidir.

 

6.Hansı döşəmə örtüyü ekoloji cəhətdən ən keyfiyyətlidir.

Yataq otağının döşəməsinə əksər hallarda laminat, taxta, parket, probka və ya kovrolin vurulur. Gəlin müxtəlif materialların həm mənfi, həm müsbət cəhətlərini müəyyənləşdirək.

Laminat.

Müsbət cəhətləri: möhkəm olması, uzun müddət istifadə edilməsi, asan montaj olunması, münasib qiyməti.

Mənfi cəhətləri: laminatı möhkəm və mükəməl hazırlanmış altlığın üzərinə düzmək lazımdır.

Ekoloji təmizliyi: bəzi keyfiyyətsiz növləri havaya zəhərli maddələr ifraz edə bilər. Üzəri vinillə örtülmüş elastik laminat növü tamamilə təhlükəsiz sayılır.

Taxta-parket.

Müsbət cəhətləri: hiqroskopik olduğu üçün otağın optimal mikroiqlimini qoruyur. Bu materialların xarici görünüşü estetik cəhətdən olduqca gözəldir.

Mənfi cəhətləri: bu material suya davamlı olmadığı üçün, onun istismarı ciddi qulluq tələb edir; qiyməti bahadır; material yalnız mütəxəssis tərəfindən montaj edilməlidir.

Ekoloji təmizliyi: əgər üzərilərinə çəkilmiş lak keyfiyyətlidirsə, taxta və paket ən ekoloji təmiz materiallardır.

Kovrolin.

Müsbət cəhətləri: istiliyi qoruyan döşəmə örtüyü olmaqla yanaşı, otağa gözəl görünüş bəxş edir, döşəməyə asanlıqla döşənir və olduqca geniş rəng seçimi mövcuddur.

Mənfi cəhətləri: bahalı olması və daim qulluq tələb etməsidir.

Ekoloji təmizliyi: keyfiyyətli kovrolin tamamilə təhlükəsizdir, lakin hipoallergen deyil. Həmçinin, onun hovlarının arasında mikroblar artıb çoxalır. Belə mənfi cəhət bambukdan hazırlanmış kovrolində yoxdur.

Probka.

Müsbət cəhətləri: yumşaq, ilıq və xoş görünüşə malik döşəmə örtüyüdür. Üzəri amortizasiya etdiyi üçün, onurğa sütununa yüngüllük gətirir. Dekorativ görünüşü çox gözəldir. Hipoallergendir.

Mənfi cəhətləri: iti alətlərlə asanlıqla zədələnə bilər. Probka quru, təmiz, düz, xüsusi hazırlanmış altlığın üzərinə döşənilir.

Ekoloji təmizliyi: bu material 100% ekoloji təmizdir. Lakin onu döşəmənin üzərinə xüsusi yapışqanla yapışdırırlar, və həmin yapışqanın keyfiyyətli və zərərsiz olması insan səhəti üçün çox vacibdir.

 

 

 

You may also like

Şərh yaz