Ana Səhifə Dizayn Mətbəxin təmiri zamanı nələri nəzərə almaq lazımdır: mütəxəssislərin faydalı məsləhətləri.

Mətbəxin təmiri zamanı nələri nəzərə almaq lazımdır: mütəxəssislərin faydalı məsləhətləri.

by admin
0 şərh 30 görüntü

Funksional və rahat mətbəx planlaşdırmaq istəyirsinizsə, bir neçə sadə qaydalara riayət etməyiniz kifayətdir.

  1. Mətbəx qarnituru.

Mətbəx dolablarını sifariş edərkən bir neçə standart ölçüləri nəzərə alın: 15 sm eni olan dolablar — butulkalar üçün, 30 sm enində olan dolablar — qabağa doğru hərəkət edən saxlama sistemləri üçün və, nəhayət, 45 sm — əsas saxlama dolabları üçün ən ideal ölçülərdir.

60 sm eni olan dolabların içərisinə mikrodalğalı soba və ya fırın yerləşdirmək olar.

Üzərində iş görmək üçün nəzərdə tutulmuş səthlərin hündürlüyü (yəni, döşəmə üzərində quraşdırılmış dolabların hündürlüyü) 80 sm-dən az olmamalıdır.

 

Diqqət! Mətbəx mebelini yalnız suvaq işləri tam başa çatdıqdan və mətbəxin bütün divarları tam hazır olduqdan sonra sifariş etmək lazımdır.

  1. Erqonomika (rahatlıq).

Mətbəxdə xörək bişirmək sizin üçün əzaba çevrilməsin deyə, məişət avadanlıqlarının və işlək zonalarının yerini qabaqcadan təyin edin. Belə ki, mətbəx interyerini planlaşdıran zaman “üçbucaq” qaydasını unutmayın: soyuducunu, mətbəx çanağını və qaz sobasını bir-birinə yaxın məsafədə yerləşdirin ki, xörək bişirən zaman mətbəxin içərisində artıq hərəkət edib, vaxt itirməyəsiniz. “Üçbucaq” qaydasına riayət etsəniz, sizə lazım olan hər bir şey əlaltında olacaqdır.

  1. Üzləmə materialları.

Yadda saxlamaq lazımdır ki, mətbəxin təmirində və dolabların hazırlanmasında istifadə edilən hər bir material suyadavamlı və asanlıqla yuyulub təmizlənən olmalıdır. Mətbəx dolablarının üst qapaqları  süni daşdan, mətbəx önlüyü isə şüşə və ya kafel plitələrindən hazırlamaq lazımdır. Mətbəx divarlarının suvanmasında isə suya davamlı suvaq materialları istifadə edilməlidir.

Mətbəxin döşəməsinə taxta örtük vura bilərsiniz, çünki hal-hazırda satışda sərt və suya davamlı taxta örtükləri mövcuddur. Birdə ki, taxta döşəmənin üzərinə düşmüş qab-qacaq çox güman ki, sınmayacaq.

  1. Ada şəklində hazırlanmış mətbəx qarnituru.

Bu cür mətbəx qarnituru adətən içərisində tez-tez xörək bişirilən mətbəxlər üçün daha əlverişlidir. Bu cür planlaşdırma çox rahatdır, çünki “ada”ya dörd bir tərəfdən yaxınlaşmaq, həmçinin onun dolablarının içərisinə qaz sobası montaj etmək mümkündür. Əgər siz həmin “ada”nın içərisinə mətbəx çanağı və ya qabyuyan da quraşdırmaq istəyirsinizsə, qabaqcadan oraya su və kanalizasiya xətlərini çəkməlisiniz.

Əgər mətbəx adası ilə divar boyu yerləşən mətbəx dolablarının arasındakı məsafə 120 sm təşkil edərsə, dolabların bütün qapıları asanlıqla, heç bir maneə olmadan açılıb-bağlanacaqdır.

  1. İşıqlandırma. 

Bir çoxları mətbəx qarniturunun işlək səthinin işıqlandırılmasına əhəmiyyət vermir və mətbəxin tavanda asılmış bir çıl-çıraqla işıqlandırılmasının yetərli olmadığını nəzərə almır. Mətbəx üçün ən ideal variant — işlək səthin üst dolablarının altında quraşdırılmış lampalarla işıqlandırılmasıdır.

Yekun olaraq, nəzərinizə bir daha çatdırmaq istəyirik ki, mənzilinizdə (və o cümlədən mətbəxdə) təmirə başlamazdan qabaq mebel əşyalarının otaqda (və ya mətbəxdə) düzülüş qaydasının müəyyənləşdirəsiniz.

You may also like

Şərh yaz