Ana Səhifə Faydalı Məlumatlar Divarların boyanmadan qabaq suvanma qaydaları.

Divarların boyanmadan qabaq suvanma qaydaları.

by admin
0 şərh 29 görüntü

Bu məqalədə biz sizləri vanna otağının divarlarının suvanma qaydaları ilə tanış etmək istəyirik. Əslində divarların boyanması ən son mərhələdir. Bu mərhələdən qabaq bir sıra mürəkkəb və müəyyən xərc tələb edən prosedurlar yerinə yetirmək lazımdır. Onların içərisinə divarların suvanması da daxildir.

Suvaq məhlullarının tərkibi.

Suvaq işlərinə başlamadan qabaq suvaq məhlullarının növləri və onların tərkibi ilə sizləri tanış etmək istəyirik.

  • Sement tərkibli suvaq məhlulu vanna otağı üçün ideal variantdır. Bu məhlul nəmişliyə qarşı davamlı olmaqla yanaşı, sərt və uzunömürlü səth yaratmağa kömək edir, həmçinin bu ən sərfəli materialdır. Lakin, sementin bir mənfi cəhəti vardır ki, o da suvağın boz rəngdə alınmasıdır. Əgər siz vanna otağını ağ və ya digər açıq rəngə boyamaq istəyirsinizsə, suvağın boz rəngdə olması sizin xeyirinizə deyil.

Mənfi cəhətlərdən biri də odur ki, zaman keçdikcə suvaq yığılır və çatlayır.

  • Gips (alçı) tərkibli suvaq məhlulunun keyfiyyəti əladır. Bu məhlul divarların üzərinə asanlıqla çəkilir və səth ideal şəkildə hamarlaşır. Sementdən fərqli olaraq alçı heç zaman yığılıb çatlamır. Lakin, alçının yeganə mənfi cəhəti ondan ibarətdir ki, onu vanna otağında istifadə etmək olmaz. Alçı nəmişliyə qarşı olduqca həssasdır, yəni hiqroskopikdir. Santexnik avadanlığın bilavasitə yaxınlığında alçı suvaqdan istifadə etmək olmaz. Ona görə də bu tərkib vanna otağında istifadə edilməməlidir.
  • Polimer tərkibli suvaq – vanna otağı üçün əla variantdır. Suvaq məhlulu akril və ya lateks tərkibli ola bilər. O, ağ rəngdə olub, asanlıqla divara çəkilir, tez quruyur, çatlamır, nəmişliyə və temperatur dəyişikliklərinə qarşı davamlıdır. Bu suvaq materialının qiyməti yüksək olmasa idi, o, şübhəsiz ki, satış üzrə lider olardı.

 

Yekun: alçı tərkibli suvaq – vanna otağı üçün yararlı deyil; sement tərkibli suvaq – yararlı olsa da, mənfi cəhətləri vardır. Polimer əsaslı suvaq – vanna otağı üçün idealdır, lakin qiyməti bir qədər bahadır. Seçim sizindi

 

You may also like

Şərh yaz