Ana Səhifə Faydalı Məlumatlar Divarların suvanmasına dair layfhaklar.

Divarların suvanmasına dair layfhaklar.

by admin
0 şərh 30 görüntü
  1. Vanna otağında suya davamlı olan suvaq materiallarından istifadə edin. Əgər seçim etməkdə çətinlik çəkirsinizsə, biz sizə məsləhət verməyə hazırıq. Fasad üçün nəzərdə tutulmuş suvaq materiallarından istifadə edin. Belə material temperatur dəyişikliklərinə, yüksək nəmişliyə, hətta suyun birbaşa təsirinə qarşı davamlıdır. Yəgin ki, razılaşarsınız ki, bu suvaq materialı – ən optimal variantdır. Onun yeganə mənfi cəhəti – qiymətinin bir qədər yüksək olmasıdır.
  2. Divarda olan kif ləkələrini təmizləyin, sonra isə onları tamailə yox etmək üçün yandırın.
  3. Boyanın altına divara suvaq vurmaq əslində bir növ məhluldan ibarət ola bilər. Lakin, əgər siz daha hamar və sərt divar örtüyü əldə etmək istəyirsinizsə, bir neçə cür məhluldan istifadə etməlisiniz. Belə ki, suvağın birinci qatı – sement məhlulu, son qatı isə akril və ya lateks məhlulundan olsa yaxşıdır.

Lateks tərkibli suvaq məhlulları yalnız finiş qatı kimi istifadə edilə bilər.

  1. Suvaq qatlarının sayına gəldikdə, ideal variant – 5-6 qatdır. Mütəxəssislərin fikrincə, suvanma aşağıdakı sxem üzrə aparılmalıdır: düzləndirici məhlul – 3 qat, finiş məhlulu isə 2-3 qat vurulmalıdır.
  2. Divarı dairəvi hərəkətlər etməklə hamarlaşdırmaq lazımdır.
  3. Suvağın son qatının çəkilməsi ilə suvağın hamarlaşdırılması arasında bir gün ara vermək lazımdır. Bəzən təlimatda 6 saat gözləmək tövsiyyə olunur, lakin bir gün ara versəniz yaxşı olar. Lakin, unutmayın ki, bəzi materiallar quruduqda həddindən artıq sərtləşir, və onların üzərini hamarlaşdırmaq çətin olur.
  4. Bəs suvanmanın düzgün aparılıb aparılılmamasını nədən bilmək olar? Əgər suvanmadan sonra divar səthində əyriliklər varsa, onlar gündüz işıq düşəndə daha yaxşı görünəcəkdir. Lakin vanna otağının əksəriyyətində pəncərə olmur. Buna görə də əyrilikləri aşkarlamaq üçün gur işıqlı projektordan istifadə etmək lazımdır. İşıq şuaları divara iti bucaq altında düşməlidir. Bu zaman bütün əyriliklər və nahamarlıqlar aydın görünəcəkdir.

 

You may also like

Şərh yaz