Ana Səhifə DizaynAksesuar Dəbli interyer yaradan 7 rəng.

Dəbli interyer yaradan 7 rəng.

by admin
0 şərh 32 görüntü
  1. Pozitiv sarı

Əgər siz məkana pozitiv görkəm vermək istəyirsinizsə, bunun üçün ən gözəl variant — onu sarı rəngə boyamaqdır. Sarının hər bir çalarından istifadə edə bilərsiniz — saf və şux sarıdan tutmuş, daha yumşaq və mürəkkəb sarıyadək. Məsələn, sarı bülbül (kanarya quşu) və ya seylon sarısı rəngləri.

 

  1. Tünd yaşıl

Tünd yaşıl tonlar daha aktualdır. Belə ki, şux çalarlar yerini daha sakit təbii rəng olan xaki, iynə yarpaqlı ağacın budağı rəngi, avakado, kərəviz, zeytun yaşılı və ya fıstıq rənglərinə verir.

 

  1. Sakit göy

2018-ci ildə dəbdə olan dərin göy və relaksasiyaya kömək edən tünd rənglərdir. Ən çox istifadə olunan göy, boz və yaşıl rənglərin vəhdətindən yaranan yeni çalardır.

  1. Dramatik qara

Dəbli və cazibəli rəng olan qara müasir interyerlərdə tək qonaq otağında deyil, həmçinin yataq otağı, vanna otağı və mətbəxin bəzədilməsində istifadə edilir.

  1. Ehtiraslı terrakota

İsti rəng tonlarına aid olan qırmızı-qəhvəyi çalarlar kamera ab-havası yaradır. Mebel və aksesuarların rəngində, həmçinin əsas rəng (fon)  kimi istifadə edilə bilər.

  1. Təravətli çəhrayı

Çəhrayı rəng yenidən moda aləminə qayıdır. Lakin bu dönüş daha mürəkkəb çalarlarda öz əksini tapır. Belə ki, bu il dəbdə olan kirşan çəhrayısı, tozlu çəhrayı və çəhrayı-bənövşəyi rənglərdir.

6. Sirli ultrabənövşəyi

Bu rəng interyerdə bir vurğu kimi istifadə edilərək qeyri-adi ab-hava yaradır.

You may also like

Şərh yaz