Ana Səhifə DizaynAksesuar Evinizi öz əllərinizlə hazırlanmış kompozisiyalarla bəzədilməsi.

Evinizi öz əllərinizlə hazırlanmış kompozisiyalarla bəzədilməsi.

by admin
0 şərh 37 görüntü

Provans üslubunda dekore edilmiş mənzillərin mətbəxindən lavanda ətri və təbiətin əsrarəngiz gözəlliyi əksik olmur. Ədviyyatlar üçün nəzərdə tutulmuş şüşə qabların təsviri qab rəflərinin və mətbəx dolablarının yaraşığına çevriləcək.

Dekupaj texnikasından istifadə etməklə istənilən qablar, ədviyyat, düyü, şəkər və s. qida məhsullarını saxlamaq üçün qablara çevrilə bilər. Provans dekoru üçün konserv bankaları, plastik butulkalar, dəmirdən olan konfet, peçenye, çay və kofe qabları istifadə edilə bilər.

Lazım olan qabı seçdikdən sonra üzərinə vurulacaq şəkili seçmək və həmin qabın üzərini bəzəmək lazımdır. Bununla siz həmin əşyanın görünüşünü tanınmaz dərəcədə dəyişdirə bilərsiniz.

Provans üslubuna üzüm salxımı, meyvə ağacı, lavanda çölünün üzərində günəşin batması və ya Fransanın görməli yerlərinin təsviri kimi şəkillər daha uyğun ola bilər.

Saxlama qabını aşağıdakı qaydada dekor etmək lazımdır:

  • Zımpara kağızı vasitəsi ilə bəzədiləcək əşyanın üzərini təmizləyin.
  • Üzərinə bir qat akril boyası çəkin.
  • Boya quruduqdan sonra qabın üzərinə saçdiyiniz salfetin üstündə əks olunmuş şəkili yapışdırın. Bunun üçün xüsusi dekupaj yapışdırıcısından istifadə edin.
  • Üstündən iki qat akril boyası çəkin.
  • Bankanın qapağının üzərinə bənövşəyi rəngin müxtəlif çalarlarında olan parça çəkib, onu sarı, ağ və ya digər kontrast rəngdə olan atlas lent ilə bənd edin.

Mətbəxinizdə belə dekor əşyalarından istifadə etsəniz, oranın ab-havası tamamilə dəyişəcək. Fransız romantikasının yeli mətbəxinizdə əsəcək.

Kantri, eko və etno üslublardan dekor edilmiş mənzillərin mətbəxində müxtəlif yarmalardan hazırlanmış pannoları divara asmaq olar.

Şüşə və ya plastik butulkaların üzərində gözəl şəkil çəkmək üçün heç də rəssam istedadına malik olmaq lazım deyil. Eksrta növ xörək duzu, quaş və PVA yapışqanından istifadə etməklə dekortiv butulkanın üzərinə şəkil çəkmək olar.

  • Bir qabın içərisinə duz tökün.
  • Üzərin bir neçə xörək qaşığı duz əlavə edin.
  • Üstünə quaş əlavə edib kütləni yaxşıca qarışdırın.
  • Butulkanın üzərinə PVA yapışqanı vasitəsi ilə istədiyiniz naxışı çəkin.
  • Sonra həmin naxışın üstünə duz tökün.

Butulkanın dekorasiya edilmsinin ən sadə üsulu onun içərisinə quaşla müxtəlif rənglərə boyadılmış duzun tökülməsidir. Şəffaf butulkanın içərisində rəngarəng duz qatları olduqca orijinal görünür. Bununla siz mətbəxdəki digər əşyaların rəngi ilə ahəngdə olan dekor əşyası yaradıb, mətbəxin ümumi görünüşünü tamamlaya bilərsiniz.

Qonaq və ya yataq otaqlarının divarlarını fetr və ya dantel parçadan hazırlanmış gül və ya kəpənək aplikasiyaları ilə bəzəmək olar. Bunları tamamlamaq üçün siz öz əllərinizlə dalğalı budaqlar hazırlaya bilərsiniz.

  • Söyüd, üzüm və ya digər bu kimi ağacların budaqlarını götürün.
  • Budağın üst qabığını təmizləyin.
  • Paslanmaz poladdan olan qazanın içərisində həmin budaqları 50 dəqiqə qaynadın.
  • Budaqları bir neçə dəqiqəliyinə soyuq suya salın.
  • Həmin budaqları dairəvi şəkildə olan hər hansı bir əşyanın üzərinə dolayın. Bu tozsoranın borusu və ya stulun ayağı ola bilər. İki gündən sonra siz əməyinizin bəhrəsindən zövq ala bilərsiniz. Dalğalı budaqları hündür güldana qoya bilərsiniz.

Taxta sinidan güllər üçün orijinal altlıq hazırlamaq olar. Bu altlığı eyvana qoymaq olar. Köhnə kitab vərəqlərindən hazırlanmış çələng vintaj üslubunda bəzədilmiş mənzillərin giriş qapısını bəzəyə bilər.

Əllərinizlə hazırladığınız dekor əşyaları mənzilinizin alışdığınız görkəmini köklü şəkildə dəyişdirib, ona təkraredilməz, əsrarəngiz görünüş bəxş edəcək.

You may also like

Şərh yaz