Ana Səhifə DizaynAksesuar “Hand-made” dərsləri.

“Hand-made” dərsləri.

by admin
0 şərh 31 görüntü

Bütün dövrlərdə əllə hazırlanan əşyalara olduqca böyük qiymət verilir. Məhz buna görə də şah saraylarında da, bahalı otellərin elit nömrələrində də xüsusi bir şarm hökmüranlıq edir, çünki adı çəkilən bu məkanlar çox gözəl, təkrarolunmaz dekorativ bəzək əşyaları ilə bəzənilib. Evin bəzənməsi üçün orijinal dekor əşyalarını öz əllərinizlə də hazırlıya bilərsiniz. Bunun üçün bir az fantaziya, bir az da şəxsi bacarıqlarınızdan istifadə etməlisiniz. Bu sizi ev üçün eksklüziv kompozisiyalar əldə etməkdən azad edəcək, və bununla siz vəsaitinizə qənaət etmiş olacaqsınız. Eyni zamanda siz uşaqlarınızla birgə bu işi yerinə yetirsəniz, həm özümüz böyük zövq alacaqsınız.

Dizaynerlərin böyük zəhməti və səyləri, həmçinin onların fantaziyası və istedadı sayəsində mənzillər və şəxsi evlər fərqi dizayna və xarici görünüşə malik olan dekor əşyaları ilə bəzədilə bilər. Hal-hazırda bir sıra dekorativ-tədbiqi incəsənət nümunələrinin yaradılma üsulları mövcuddur. Bunların içərisində ən populyar olanları bunlardır:

  • Peçvork — xırda parça qırıqlarından dekor əşyalarının hazırlanması.
  • Dekupaj — müxtəlif əşyaların üzərini kağız salfetlərin üzərində olan naxışlarla bəzədilməsi.
  • Krakelyur — burulmuş naxışlarla rəngli kağızlardan istifadə etməklə pannonun hazırlanması.
  • Oriqami — qayçıdan istifadə etmədən kağızdan müxtəlif fiqurların hazırlanması.
  • Papye-maşe — karton, yapışqan, kraxmal və gipsin qarışığından alınmış kütlədən müxtəlif dekor əşyalarının hazırlanması.
  • Əksedilmə — mexaniki təzyiq nəticəsində əşyaların üzərində relyef yaradılması.
  • Makrame — kaşpo, krujevalı dəsmal, yataq örtüklərinin qıraqlarına saçaq hazırlamaq üçün istifadə olunan düyünlü hörgü.
  • Frivolite — məkil danteli.
  • Şəbəkə — əşyaların şüşə elementlərlə bəzədilməsi.
  • Giloşlanma — xüsusi avadanlıq vasitəsi ilə parçanın üzərinə müxtəlif naxışların və ornamentlərin vurulması.
  • Mozaika — müxtəlif xırda detalların: parça qırıqlarının, düymələrin, daşların, balıqqulaqlarının, muncuqların istifadəsi ilə cürbəcür şəkillərin yaradılması.
  • Tikmə — rəngli saplardan istifadə etməklə parçanın üzərində naxışın tikilməsi.
  • Hörgü — iplərdən müxtəlif dekor əşyalarının hörülməsi: süfrə, pərdə, xalça və s.

Bu texnikalardan birini mənimsəməklə siz öz əllərinizlə eviniz üçün unikal dekor əşyaları yaradıb, ailə üzvlərinizi və yaxınlarınızı sevindirə bilərsiniz.

You may also like

Şərh yaz