Ana Səhifə Faydalı Məlumatlar Paltaryuyanın kanalizasiya xəttinə birləşdirilməsi.

Paltaryuyanın kanalizasiya xəttinə birləşdirilməsi.

by admin
0 şərh 45 görüntü

Paltaryuyan, öz üzərinə evin kirli çamaşırlarını yuyub təmizləmə, bəzən isə qurutma problemini də öz üzərinə götürməklə, insanın gündəlik həyatını xeyli asanlaşdırır. Lakin, çoxları paltaryuyanın istifadə qaydaları ilə tanış olmadığı üçün, onu necə düzgün istifadə etməyi də bacarmırlar. Aşağıdakı məqalədə paltaryuyanın düzgün quraşdırılması ilə sizi tanış edəcəyik. 

Sizə lazım olanlar:

– Paltaryuyan;

– Boşaldıcı şlanq;

– Alətlər dəsti;

– İzolə edici materiallar.

Paltaryuyanın alınması hər bir ailədə böyük sevincə səbəb olur. Bu sevincin səbəbi saatlarla belini bükərək əllə paltarları yuyub, yaxalayıb və, əllərdə döyənəklər əmələ gələnədək, onu sıxmaq məcburiyyətinin artıq geridə qalmasıdır. Paltaryuyan bunların hamısını sizin yerinizə etməyə hazırdır.

Lakin, paltaryuyandan istifadə etmədən öncə, onu düzgün quraşdırmaq lazımdır.

İlk növbədə onu qoyulacaq yeri seçmək, oraya su xətti çəkmək və istifadə edilmiş suyu kanalizasiyaya boşaltmaq üçün çıxışlar hazırlamaq lazımdır. Ancaq düzgün quraşdırılmanın sirrini hər kəs bilmədiyi üçün qısa müddətli istismardan sonra paltaryuyan sıradan çıxır. Paltaryuyanı aldıqdan sonra ortaya çıxan ilk sual, onu kanalizasiya xəttinə necə qoşmaq lazımdır sualıdır. Bunu paltaryuyanın standart qablaşdırılmasına daxil olan şlanq vasitəsilə həyata keçirmək olar. Əgər həmin şlanq qısa olsa, siz asanlıqla onu istənilən santexnika dükanında satılan yumşaq qofre şlanqla uzada bilərsiniz. Dükanda hər iki şlanqın eyni diametrdə olmasına diqqət yetirin. Su boşaldıcı şlanqı kanalizasiya borusuna üç çıxışlı keçirici (troynik) vasitəsilə və ya bir başa qoşmaq olar. Bir başa qoşduqda birləşmə yerini silikonla germetizə etmək lazımdır. Şlanqı paltaryuyana birləşdirdikdə, onun əyilməməsinə diqqət etmək lazımdır. Şlanqı düzgün yönləndirmək üçün xüsusi yönləndiricidən istifadə edilməlidir.

Ekspert rəyi

İstifadəçilərdə maraq doğuran digər sual paltaryuyanın düzgün quraşdırılması hansı qaydada aparılmalıdır sualıdır. Müxtəlif modellərin özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq, hamısının quraşdırılma alqoritmi eynidir. Cihazı qablaşdırmanın içərisindən çıxardıqdan sonra onun üzərində heç bir cızıq, qopuq və ya əzilmələrin olmaması çox vacib şərtdir. Əgər hər şey qaydasındadırsa, Paltaryuyanı quraşdırılacaq yerə qoymaq lazımdır. Quraşdırılmadan qabaq paltaryuyanın arxa panelində yerləşən 4 fiksəedici nəqliyyat boltlarını çıxarmaq lazımdır. Bu boltlar paltaryuyanın barabanını nəqledilmə zamanı fiksə edir. Boltlar çıxarıldıqdan sonra su şlanqını yerinə qoşmaq olar. Onu germetikləşdirmək üçün fumilenta və ya at tükü istifadə etmək olar. Şlanqı birləşdirdikdən sonra, su sızıntısının olub-olmamasını təsbit etmək vacibdir. Son mərhələdə suboşaltma şlanqını kanalizasiya xəttinə birləşdirmək və paltaryuyanı duracağı yerə qoymaq lazımdır.

Düzgün quraşdırılmış paltaryuyan tam düz horizontal vəziyyətdə dayanmalı və yuma zamanı güclü vibrasiya etməməlidir. Əgər güclü vibrasiya varsa, ilk növbədə fiksəedici boltların dördünün də çıxarılmasından əmin olmaq lazımdır. Boltların hamısı çıxarılıbsa, vibrasiyanın səbəbi paltaryuyanın düzgün vəziyyətdə dayanmamasıdır. Belə olduqda, su əsaslı səviyyə ölçənlə paltaryuyanın səviyyəsini düzləndirmək, və hündürlüyü tənzimlənən ayaqlar vasitəsilə paltaryuyanı bu vəziyyətdə fiksə etmək lazımdır. Paltaryuyanın altına qətiyyən vibrasiyanı aradan qaldıran rezin altlıq qoymaq olmaz. O, yalnız sərt səth üzərində dayanmalıdır. Elektrikvurmanın qarşısını almaq üçün, cihaz yalnız torpaqla birləşdirilmiş elektrik prizinə qoşulmalıdır.

Adətən işlənmiş çirkli suyun kanalizasiyaya axıdılması avtomatik olaraq həyata keçirilir. İlk 1-2 istifadə zamanı çirkli su axınına nəzarət etmək vacibdir. Sızıntılar olduqda, şlanqı tam dəyişdirmək və ya birləşmə yerlərini daha etibarlı şəkildə izolə etmək lazımdır. Əks halda alt mərtəbədə yaşayan qonşunun mənzilini təmir etmək məcburiyyətində qala bilərsiniz.

You may also like

Şərh yaz