Ana Səhifə Faydalı Məlumatlar Qızdırıcı radiatorlar: növləri, müsbət və mənfi cəhətləri

Qızdırıcı radiatorlar: növləri, müsbət və mənfi cəhətləri

by admin
0 şərh 56 görüntü

Aydın məsələdir ki, bir tək qızdırıcı radiatorlar vasitəsilə mənzili qızdırmaq qeyri mümkündür. Lakin, onlar iki fəsil arası mövsümdə və ya mərkəzi istilik sistemi yetərincə mənzilləri qızdırmadıqda istifadə edilə bilər.

Mənzil qızdırıcılarının bir neçə növü ayırd edilir. Mənzil qızdırıcıların növləri:

– istilik ventilyatorları;

– yağ radiatorları;

– konvektor tipli qızdırıcılar;

– infraqırmızı şüa paylayıcıları.

Bu cihazların düzgün seçilməsi üçün onların iş prinsipi və əsas texniki göstəriciləri ilə tanış olmaq lazımdır. Gəlin, bu növlərin hər biri ilə yaxından tanış olaq.

İstilik ventilyatorları

Bu növ qızdırıcıların əsas iş prinsipi belədir: qızdırıcı havanın hərarətini artırır və sonra ventilyator isti havanı bütün otağa paylaşdırır. Ventilyator qızdırıcının üzərinə hava vuraraq soyuq havanı ona qarşı istiqamətləndirir və eyni zamanda isti havanı qızdırıcıdan uzaqlaşdırır.

Bu növ cihazlarda qızdırıcı element kimi elektrik spiral, borulu elementlər və ya daha ekoloji və müasir olan keramik qızdırıcı elementlər istifadə edilir.

İstilik ventilyatorlarının müsbət və mənfi cəhətləri.

   Müsbət cəhətləri:

– otağın qısa bir zamanda qızdırılması;

– istiliyin otaqda eynibərabər şəkildə paylanması;

– qızdırıcının çox baha olmaması;

– qızdırıcının az yer tutması;

– istismarda etibarlı olması;

– qızdırıcının istifadəsinin sadə olması;

– qızdırıcının çəkisinin az olması;

– qızdırıcının mobil olması.

   Mənfi cəhətləri:

– çox səsli olması;

– yanğın təhlükəsinin yüksək olması;

– keramik qızdırıcı elementlər istisna olmaqla, qalan digər qızdırıcıların demək olar ki, hamısı otaqda oksigenin miqdarını azaldır.

Yağ radiatorları

Yağ radiatorlarının iş prinsipi.

Hava ilə heç bir əlaqəsi olmayan qızdırıcı element vasitəsilə istilik daşıyıcısı lazımi dərəcədə qızdırılır. Mənzillərdə istifadə edilən radiatorlarda istilik daşıyıcısı kimi, adətən,  mineral yağlar istifadə edilir, lakin onun yerinə antifriz də istifadə edilə bilər.

Qızdırılmış yağ metaldan hazırlanmış korpusun içərisində sirkulyasiya edir. İstilik verimliliyini artırmaq üçün cihazın korpusu radiator prinsipi ilə quraşdırılıb. Radiatorun divarları ilə bilavasitə təmas edən hava qızır və təbii konveksiya yolu ilə bütün otağa yayılır.

Yağ radiatorların müsbət və mənfi cəhətləri.

  Müsbət cəhətləri:

– yanğın təhlükəsinin aşağı səviyyədə olması;

– radiatorun, demək olar ki, səssiz işləməsi;

– havada oksigen miqdarının azalmaması;

– qızdırıcının baha olmaması.

Mənfi cəhətləri:

– qızdırıcının otaqda çox yer tutması;

– otağın gec qızması;

– qızdırıcının çəkisinin çox olduğu üçün onun az hərəkətli olması.

Konvektorlar

Konvektorların iş prinsipi sadədir:

Qızdırıcı element olan metalik borunun içərisindən hava axını keçir. Borudan çıxarkən o, təbii yolla konveksiya axınlarının hesabına yuxarı qalxır və oradan soyuq havanı aşağıya, döşəməyə doğru, itələyir. Aşağıdan soyuq hava axını konvektora doğru hərəkət edib, onun içərisinə daxil olur, və bütün proses yenidən təkrarlanır.

Konvektorların müsbət və mənfi cəhətləri.

  Müsbət cəhətləri:

– qənaətli olması;

– yanğın riskinin aşağı olması;

– səssiz işləməsi;

– işləyərkən heç bir qoxunun olmaması;

– havada oksigen miqdarının azalmaması;

– otaqda verilən temperaturu təmin edir.

  Mənfi cəhətləri:

– qurğunun bahalı olması.

 

İnfraqırmızı şüa paylayıcıları

Bu cihaz spektrin infraqırmızı hissəsində yerləşən uzun dalğaları generasiya edir. Qısa dalğalardan fərqli olaraq, uzun dalğalar gözlə görünməsə də ətraflarındakı əşyaların strukturuna təsir göstərərək, onları qızdırır. Beləliklə, infraqırmızı şüa paylayıcıları ətraflarındakı əşyaları qızdırır, və isti hava həmin əşyaların üzərindən ətrafa yayılır.

İnfraqırmızı şüalandırıcıların mənfi və müsbət cəhətləri.

  Müsbət cəhətləri:

– elektrik enerjisinə qənaət edir;

– havanı qurutmur;

– ətrafındakı əşyaları tez bir zamanda qızdırır

– belə prinsiplə işləyən qızdırıcıları açıq havada istifadə etmək mümkündür.

  Mənfi cəhətləri:

– konstruksiyanın zərif olması;

– digər növlərlə müqayisədə daha bahalı olması.

 

You may also like

Şərh yaz