Ana Səhifə Dizayn Qonaq otağının təşkilinə dair 5 məsləhət.

Qonaq otağının təşkilinə dair 5 məsləhət.

by admin
0 şərh 39 görüntü

Uzun saya pərdələr

Sadəlik gözəlliyin təcəssümüdür. Buna görə də naxışli (gül-çiçəkli) pərdə və jalüzləri unudun. Dolğun tünd (bordo, tünd göy) və ya açıq (krem rəngi, bej) rəngli saya pərdələr hər zaman otağa daha möhtəşəm və təm-təraqlı görkəm verir. Pərdəni interyerin şux detalı kimi düşünənlər qırmızı və zümrüd rəngində pərdə seçə bilərlər.

Bizim fikirimiz:

— Pərdələrin hesabına pərdələri daha eleqant və rəngarəng göstərmək istəyənlər rəngli pərdə seçə bilərlər (iki rəngdən artıq olmamaq şərtilə).

Şüşə jurnal masaları

Qonaq otağındakı mebel sadə, eleqant və çox iri ölçülü olmamalıdır. Buna görə ənənəvi taxta masalardan imtina etmək lazımdır. Şüşə jurnal masaları əla alternativ variant ola bilər. Belə masalar incə və zərif görünüşlü olur.

Belə masaların satışda olan  növ müxtəlifliklərini nəzərə alaraq, sizə lazım forma və ölçülü masaları tapa bilərsiniz.

Krem çalarları

Eleqant qonaq otağı üçün ideal seçim — ağayana krem rənglərdir. Onlar otağa eyni zamanda işıqlı, isti və rahat görkəm verir. Xırda otaqların işlənməsi üçün krem rəng ideal variantdır, çünki o, məkanı daha geniş göstərməklə yanaşı, ağ rəngdən fərqli olaraq, otağa “xəstəxana” görünüşü bəxş etmir.

Çıl-çıraqlar

Qonaq otağının interyerinə eleqantlıq qatmağın ən effektiv yolu — iri ölçülü çıl-çırağın asılmasıdır. Əlbəttə ki, onun ölçüsü tavanın hündürlüyünə uyğun olmalıdır. Çıl-çıraq alarkən əmin olun ki, o, sönülü vəziyyətdə olanda da öz yaraşığını itirmir. Əks halda gündüz vaxtı işığı yandırmadıqda otağınız bir o qədər də gözəl görünməyəcək.

Çiçək dəstələri

Təravətli çiçəklər interyerə gözəllik və fərahlıq qatır. Lakin, qonaq otağınızın eleqant görünməsini istəyirsinizsə, oraya çoxlu sayda dibçəkdə ev bitkiləri qoymaq lazım deyil. Canlı dekor kimi güldana qoyulmuş təbii çiçəklərdən istifadə etməniz daha məsləhətlidir. Qonaq otağınızın interyerinə nəzər salın. Çox güman ki, siz qonaq otağınızda çatışmayan detalın kamin rəfinin və ya jurnal masasının üzərinə qoyulmuş bir dəstə qızıl gül, orxideya və ya adi bənövşə olduğunu anlayacaqsınız.

Bizim fikrimiz:

— Belə bəzəklərin uzun ömürlü olmasını müsbət cəhət kimi qiymətləndirmək olar. Çünki çiçəkləri vaxtaşırı dəyişməklə, siz otağın ab-havasını və təravətini dəyişdirə bilərsiniz.

You may also like

Şərh yaz