Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Divarlara kərpic hörgüsü görünüşü verilməsinin müxtəlif variantları.

Divarlara kərpic hörgüsü görünüşü verilməsinin müxtəlif variantları.

by admin
0 şərh 29 görüntü

Bir çox müasir üzləmə materialları öz strukturu və xarici görünüşünə görə əsl kərpic görünüşünə malikdir və kərpic hörgüsü görünüşünü yaratmağa imkan verirlər. Bu üzləmə materiallarına

  • Plastik panelləri;
  • Kərpic təsvirli divar kağızlarını;
  • Keramik plitələri;
  • Müxtəlif suvaq materiallarını;
  • Divar boyalarını

aid etmək olar.

 

Daxili divarların kərpic hörgüsü görünüşlü olmasının bir sıra üstün cəhətləri mövcuddur: çəkisi az olduğuna görə arakəsmə plitələrinə artıq təzyiq göstərməməsi qalınlığı az olduğu üçün otağın həcmini dəyişdirmir.

Bəs bu qədər materialın içərisindən sizə lazım olanı necə seçmək lazımdır? Gəlin birlikdə fotoşəkillərə baxıb, müxtəlif dekorasiya üsullarının xüsusiyyətlərini analiz edək.

Plastik panellər.

Divarlara kərpic hörgüsü görünüşü vermənin ən etibarlı üsullarından biri — plastik panellərin istifadəsidir. Bu panellər xarici faktorların təsirinə qarşı olduqca davamlı və çox möhkəmdirlər.

Xarici divarların üzlənmə materialı kimi istifadə edilən plastik panellər son illər daxili divarları üzləmək üçün geniş istifadə edilməyə başladı. Plastik panellər yuyucu vasitələrin kimyəvi təsirinə qarşı olduqca dayanıqlıdır, və ona görə də üzərindəki toz və yağ ləkələri adi yuyucu vasitələrlə asanlıqla təmizlənir; onların üzərində kif göbələyi inkişaf etmir, və bu panellər mexaniki təsirlərə qarşı çox davamlıdır.

 

Üzlənmə panellərinin üstünlükləri:

  • Qiymətinin nisbətən aşağı olması;
  • Asanlıqla montaj edilməsi;
  • Səskeçiriciliyinin aşağı olması;
  • Görünüşü əsl kərpic hörgüsünə oxşar olması;
  • Hər kərpic bloku ayrı-ayrılıqda montaj edildiyi üçün, onlardan biri zədələndikdə, onun asanlıqla yenisi ilə dəyişdirilmə imkanı.

Üzlənmə panellərinin çatışmayan cəhətləri:

  • Bu panellərin montajı üçün bəzi hallarda əlavə konstruksiya quraşdırmaq tələb olunur ki, bu da məkanın sahəsinin kiçilməsinə gətirib çıxarır.

Lakin əksər hallarda panellər bir başa divara şurupla və ya vintlə montaj edilir. Bu zaman panellər üzərindəki naxışlara uyğun istər horizontal, istərsə də vertikal şəkildə divara bənd edilə bilər.

Ən sonda qeyd etmək lazımdır ki, plastik panellər mətbəxdə, lodjiyada və ya geniş istifadə edilən məkanlarda üzlənmə üçün ən münasib olan materialdır.

 

You may also like

Şərh yaz