Ana Səhifə Faydalı MəlumatlarTəmir Təmir zamanı ən çox buraxılan 6 səhv.

Təmir zamanı ən çox buraxılan 6 səhv.

by admin
0 şərh 31 görüntü

Heç kəs üçün sirr deyil ki, buraxılmış səhvləri düzəltməkdənsə, onları heç etməmək daha yaxşıdır. Ümüdvarıq ki, sizə təqdim etdiyimiz bu məqalə ilə yaxından tanış olub, bu səhvlərə yol verməyəcəksiniz.

Səhv 1. Mənzildəki əşyalar üçün saxlama yerlərinin düşünülməməsi.

Mənzildə nə qədər çox müxtəlif dolab olsa, bir o qədər yaxşıdır. Çünki mənzildə hər zaman artıq əşya və onların yerləşdirmə problemləri əsas problemlərindən biri olaraq qalır. Ən böyük səhv — düşünməkdir ki, istənilən zaman əşyalara evdə bir yer tapılacaqdır. Qabaqcadan əşyalara yer düşünülməyibsə, təmirdən sonra onlara yer tapmaq çox çətin olacaq.

Bu problemin həlli üçün ən əlverişli variant otaqda qabaqcadan quraşdırılmış dolabların montaj edilməsidir. Bu dolablara siz iri həcmli əşyaları, idman avadanlıqlarını, paltarları, ayaqqabları, kitabları və digər əşyaları qoyub, mənzilinizin həm görünüşünü, həm də enerjisini korlayan səliqəsizlikdən azad olacaqsınız.

Səhv 2. Elektrik prizlərinin quraşdırılması.

Təmirdən sonra meydana çıxan problemlərdən biri də otaqda elektrik prizlərinin az olmasıdır.

Səhv: otaqdakı hər divara cəmi 2 cüt priz-açar cütlüyünün quraşdırılması. Ən doğru variant — gələcəkdə otağa düzüləcək mebel əşyalarının yerini qabaqcadan təyin edib, elektrik prizlərini və açarlarını onlara uyğun quraşdırmaqdır.

Səhv 3. Mətbəxlə otağın arasındakı divarı götürmək.

Əgər siz belə bir radikal addım atmağı düşünürsünüzsə, yüz ölçüb, bir biçin. İlk növbədə, götürmək istədiyiniz divarın binanın aparıcı divarı olub-olmaması barədə bilgi əldə edin.

Bir də ki, ailə üzvlərinizin qonaq otağını mətbəxlə birləşdirmək ideyası ürəklərincə olmaya bilər. Nəzərə alın ki, qonaq otağını mətbəxlə birləşdirdikdə, siz hər zaman qonaq otağında vaxt keçirərkən mətbəxdəki prosesləri seyr etmək, və oradakı qoxuları qoxumaq məcburiyyətində qalacaqsınız.

Səhv 4. Otağın işıqlandırılmasının düzgün düşünülməməsi.

Mənzilin yetərincə işıqlandırılmaması insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Əsas məsələ də ondan ibarətdir ki, işıqlandırmalar tələb olunan yerlərdə quraşdırılmır. Məsələn, vanna otağında güzgünün ətrafında və ya qonaq otağında kreslonun yanında.

Səhv: otağın işıqlandırılmasını tavandan asılmış bir ədəd çıl-çıraqla məhdudlaşdırmaq. Bu zaman insan özünü otaqda narahat hiss edir və heç bir işlə məşğul olmaq istəmir: nə rahat kitab oxuya bilir, nə də mətbəxdə şam yeməyi hazırlaya bilmir.

Çıxış yolu: otaqda çoxsəviyyəli işıqlandırma sistemi quraşdırmaq. Məsələn, yuxarı səviyyədə — çıl-çıraq, orta səviyyədə — torşerlər və bralar, aşağı səviyyədə isə masaüstü və döşəməüstü lampaları quraşdırmaq olar.

Səhv 5. Hər yeri bej rəngə boyamaq.

Şux rənglər insanın əhvalını yaxşılaşdırır. Bəs niyə belə olduğu halda siz onlardan imtina edirsiniz?

Səhv: şux rəngin sizi yoracağını və ya mənzilinizin sahəsini kiçildəcəyini düşünmək.

Çıxış yolu: dizaynerlərdən məsləhət alıb, mənzilinizin interyerində şux rəngdən cəsarətlə istifadə etməkdir.

 

Səhv 6. Büdcənin səhv hesablanması.

Əgər sizə elə gəlir ki, qabaqcadan təmirə ayırdığınız büdcə mükəmməl hesablanıb, sizin səhviniz var. Təmir zamanı mütləq nəzərə alınmamış xərclər ortaya çıxacaq.

Səhv: hesab etmək ki, təmir zamanı büdcədən kənara çıxmayacaqsınız.

Çıxış yolu: qabaqcadan nəzərdə tutduğunuz xərclərin 1,5 misli qədər vəsaiti bir qırağa qoymaq.

 

 

 

You may also like

Şərh yaz