Ana Səhifə Dizayn Dəhliz və mətbəx üçün döşəmə örtüyünün seçilməsi.

Dəhliz və mətbəx üçün döşəmə örtüyünün seçilməsi.

by admin
0 şərh 40 görüntü

Dəhliz hər zaman daha çox korlanan, çirklənən və təmizlənən yerdir. Ayaqqabının üzərindəki çirkab və dikdaban ayaqqabılar da döşəmə örtüyünü tez-tez imtahana çəkir. Məhz buna görə də yer örtüyü materiallarına aşağıdakı tələblərə cavab verməlidir.

  • Artıq dərəcədə yüklənmələr və aqressiv yuyucu vasitələrin təmirinə qarşı davamlı olmalıdır.
  • İstifadə müddəti uzun olmalıdır.
  • Üzəri sürüşkən olmamalıdır.
  • Dizayner düşüncəsinin və ideyasının tələblərinə cavab verməlidir.
  • Asan təmizlənməlidir.

Buna görə də əksər hallarda dəhlizin giriş hissəsinə plitələr (metlax), digər hissələrinə isə laminat vururlar. Bu həm praktik, həm də funksionaldır.

Daha az hallarda taxta və parketin kombin edilməsinə rast gəlmək mümkündür. Taxta nə qədər gözəl görünüşlü və bərk material olsa da, onu təmiz saxlamaq bir o qədər çətindir, çünki o, suya və çirkaba qarşı yetərincə dayanıqlı deyil.

 

Laminat və ya plitələri linolumla da əvəz etmək mümkündür. O, nə sudan, nə də çirkabdan “qorxur”, lakin yüksək dərəcədə nəmişlik olan yerlərdə istifadə edildikdə o, öz xarici görünüşünü dəyişir.

 

Mətbəx döşəməsi.

Birləşdirilmiş otaqların dizaynında döşəmə kombinləri geniş istifadə edilir. İşlək zonaya kafel-laminat, zal və ya qonaq otağının döşəməsi üçün isə daha möhkəm material seçmək lazımdır. Seçdiyiniz materiallar öz rəngi və fakturasına görə bir-biri ilə uyğunlaşmalıdır.

Mətbəxin döşəməsinə örtük materialı seçərkən daha diqqətli olmaq lazımdır, çünki burada həm temperatur göstəricisi, həm də nəmişlik dərəcəsi digər otaqlarla müqaisədə daha yüksəkdir. Həmçinin mətbəxin döşəməsi ağır və iti əşyaların düşmə etimalı böyükdür.

Fərqli döşəmə örtüklərinin birləşdirilmə üsulları.

Döşəmənin üzlənməsində fərqli materiallardan istifadə etdikdən ən başlıcası odur ki, üzərində yeriyərkən insan heç bir maneyə ilə qarşılaşmasın və döşəmənin estetik cəhətdən görünüşü qənaətbəxş olsun. Buna necə nail olmaq mümkündür?

Əgər istifadə olunan materialların təmas xətti bir səviyyədədirsə, onda plastik və ya alüminiumdan hazırlanmış birləşdiricilərdən istifadə etmək olar. Onlar nahamarlıqları gizlətməyə və bir örtükdən digərinə keçidə daha yaraşıqlı görkəm verir. Bu ən asan üsuldur və siz bunu öz əllərinizlə asanlıqla edə bilərsiniz. Bu birləşdiricilər döşəmə örtüklərinin qırıqlarını zədələrdən qoruyacaq və iki fərqli örtüyün arasında əmələ gəlmiş yanğın arasına toz və çirkin daxil olmasının qarşısını alacaq.

Bəzən iki fərqli material ağız-ağıza kip birləşdirilir, lakin bu xüsusi bacarıq və məharət tələb edir. İki fərqli materialın təmas xətti dalğalı olduqda bu üsuldan istifadə edirlər. Bu ən yaraşıqlı görünən variantdır.

 

Bəzən iki fərqli materialı birləşdirmək üçün silikon germetik, mastika və ya inşaat köpüyü istifadə edilir. Bu üsulla kafel və laminatın arasındakı istənilən yarığı gizlətmək mümkündür.

Əgər sizin bu işdə kifayət qədər səriştəniz yoxdursa, mütəxəssislərə müraciət edin. Savadlı məsləhətçilər sizə düzgün material seçimində kömək göstərə bilərlər.

Bizim təqdim etdiyimiz fotoalbomda siz hazır işlərlə tanış ola bilərsiniz.

 

You may also like

Şərh yaz