Ana Səhifə DizaynAksesuar Eviniz üçün 16 heyrətamiz ideya.

Eviniz üçün 16 heyrətamiz ideya.

by admin
0 şərh 33 görüntü

Əgər sizi əhatə edən məkanı doğru şəkildə təşkil etsəniz, hətta kiçik və rahat yuvanızda belə dostlarınızla ünsiyyət edə və romantik görüşlər təşkil edə bilərsiniz.

Ümid edirik ki, sizə təqdim etdiyimiz şəhanə ideyalar mənzilinizdə səliqə-səhman yaradıb, boş vaxtlarınızı sevdiklərinizlə daha səmərəli keçirməyə imkan yaradacaq. Buyurun, oxuyun və hərəkətə keçin!

  1. Vertikal yanaşma.

Divara V-şəklində bənd edilmiş asma rəflər ayaqqabı saxlama problemini bir dəfəlik həll etməklə yanaşı, mənzilinizin dəyərli kvadrat metrələrinə qənaət etmiş olacaqlar.

    2.Kitab guşəsi.

Kitab rəfinin üzərinə yüngül döşək və ya yorğan salmaqla siz olduqca rahat yataq hazırlaya bilərsiniz. Burada həm kitab saxlamaq, həm də üstündə uzanıb dincəlmək olar.

 

3.Ağıllı və faydalı.

Artıq əşyaları qoymağa yer tapa bilmirsiniz? O zaman paltar dolablarının altını da səmərəli istifadə edin. Məsələn, tərsinə çevrilmiş şəkil çərçivəsinin içərisində bir neçə cüt ayaqqabı saxlamaq olar.

   4.Kiçik sirrlər.

Kiçik ölçülü mətbəx altlıqlarının içərisində yeni doğulmuş körpələri rahatlıqla uzandırmaq olar.

 

5.Bukinistik qalereya.

Kitab və jurnalları qonaq otağında saxlamaq üçün mətbəx reylinqlərindən istifadə edin. Qoy qonaqlarınız sizin ədəbi zövqünüzü öz gözləri ilə görüb, layiqincə qiymətləndirsinlər.

 

6.Rahat pəncərəaltı.

Bir komod və iki ədəd siyirmədən istifadə etməklə, pəncərəaltı oturacaq düzəltmək olar. Bu əşyaları pəncərənin lap qarşısına çəkin və üzərilərinə pled atıb, dekorativ yastıqlarla bəzəyin. Nəyin üstündə oturduğunuzdan kimə nə?

 

7.Bər-bəzək guşəsi.

Üzük və bilərzikləriniz itməsin deyə, onları güzgünün arxasındakı divardan asın. Beləliklə, siz asanlıqla hər geyiminizə uyğun olan bəzək əşyasını seçə biləcəksiniz.

 

 

 

  8.Kitabsevərlərin arzusu.

Masaüstü lampanın kronşteynindən istifadə etməklə siz elektron kitab üçün əntiqə çarpayıyanı tutacaq düzəldə bilərsiniz.

Bundan sonra yatmazdan qabaq yataqda kitab oxumaq sizdə vərdişə çevriləcək.

9. Tam səliqə-səhman.

Dolabların içərisindəki səliqəsizlik hər bir kəsi əsəbləşdirib özündən çıxara bilər. Biz çıxış yolunu tapmışıq. Alt paltarlarını xüsusi qutulara yığmaqla, siz dolabların içərisində həm səliqə yaracaqsınız, həm də xeyli əlavə yer əldə edəcəksiniz.

 

10.Dolab qapılarının arxasında.

Mətbəx dolablarının içərisində siz yalnız qab-qacaq deyil, həmçinin qutulara qablaşdırılmış qida məhsullarını da saxlaya bilərsiniz. Dolabların qapısına jurnallar üçün nəzərdə tutulmuş xüsusi saxlama qutusunu bənd edin və onun içərisinə istədiyiniz əşyaları yığın.

 

 

11.Kiçik yataq otağından əşyaların saxlanılması.

Kiçik ölçülü yataq otaqlarında çarpayının altına təkərli dolab yerləşdirin. Artıq əşyaları oraya yığıb, otaqda səliqə-səhman yaradın.

12.Əhatə dairəsində.

  Avtomobilinizdə televizora baxmasanız da, pultları saxlamaq üçün xüsusi “cibləri” almağı sizə məsləhət görürük. Onu avtomobilinizdə uşaqların dəsmallarını, rəngli karandaşlarını, bloknotlarını və digər xırda əşyalarını yerləşdirmək üçün istifadə edə bilərsiniz.

13.Yuxarıya doğru.

  Üst-üstə asılmış bir neçə çəngəl-bıçaq saxlama qabı vanna otağındakı dolabı əvəz edə bilər. Bu konstruksiyanı qarmaq vasitəsilə əlçatan yerə asa bilərsiniz.

 

14.Hər şey bir arada.

  Evdə təmizlik işləri apararkən hər otaqda bir təmizləyici vasitə unudursunuzsa, onların hamısını bir arabaya yığıb, otaqdan otağa özünüzlə daşıya bilərsiniz. Beləliklə, “köməkçiləriniz” əlinizin altında, hamısı bir yerdə olacaqdır.

 

15.Qarmağın ucunda.

  Duş kabininin karnizinin üzərinə bir neçə qarmaq keçirin. Bu qarmaqlara lifləri, uşaq oyuncaqlarını və digər lazımi əşyaları asmaq olar. Rəflərdə boşalan yerlərə isə şampunları və duş gellərini düzün.

16.Kosmetik cənnət.

  Kosmetik vasitələrin üzərinə maqnit yapışdırın. Beləliklə, siz onları divara vurulmuş metallik lövhənin üzərində vertikal vəziyyətdə saxlaya bilərsiniz. Bununla həm yerə qənaət etmiş olacaqsınız, həm də otağa maraqlı görünüş verəcəksiniz.

You may also like

Şərh yaz