Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti İnteryerdə otaq bitkiləri

İnteryerdə otaq bitkiləri

by admin
0 şərh 61 görüntü
Evdə otaq bitkiləri yerləşdirməklə onun ab-havasını tamamilə dəyişdirmək mümkündür. Gözoxşayan yaşıllıq və çiçəklərin təkrarolunmaz və valehedici qoxusu mənzilin üslubundan asılı olmayaraq evinizə yaraşıq verəcəkdir.

Bununla yanaşı yaşıl bitkilər havanı oksigenlə zənginləşdirir və zəhərli toksinlərdən təmizləyir. Havanı təmizləyən bitkilərin arasında lider olan xlorofitum bitkisidir. Aloe bitkisinin xeyirini isə yəgin hər kəs bilir.

Evdə hətta bar gətirən limon və ya mandarin ağacı da yetişdirmək olar. Lazımı qulluq sayəsində onlar sizi yalnız gözəl görünüşü ilə deyil, şirəli meyvələri ilə də sevindirəcəkdir.

Mətbəxdə ətirli göy-göyərti yetişdirməklə siz il boyu süfrənizdə təzə göyərti görəcəksiniz.

Evinizə bitki seçərkən mütləq otağın ölçülərini nəzərə alın. Kiçik sahəli otaqlarda çox da böyük olmayan, səliqəli görünüşlü bitkilər; geniş zallarda isə – hündür palma və fikuslar yerləşdirmək olar. Hətta cırtdan şam ağacı alıb, hər yeni il bayramında onu oyuncaqlarla bəzəyə bilərsiniz.

Eviniz hay-tek, minimalizm, vintaj və ya klassisizm, bir sözlə, hansı üslubda olursa olsun, yaşıl otaq bitkiləri interyerin ayrılmaz bir parçasına çeviriləcək. Çiçəklərin təravəti və təbii rənglərin gözoxşayan görüntüsü evin dizaynını tamamlayaraq ona rahatlıq bəxş edəcək.

You may also like

Şərh yaz