Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Kiçik mənzillər üçün dizayner məsləhətləri

Kiçik mənzillər üçün dizayner məsləhətləri

by admin
0 şərh 117 görüntü

Dizaynerlərin məharəti əsasən kiçik sahəli mənzillərdə ortaya çıxır. Çünki kiçik mənzildə həm lazımı əşyaların hamısını yerləşdirmək, həm də otaqda əlavə olaraq sərbəst ərazi görünüşü yaratmaq olduqca vacibdir.

Bu məqalədə biz sizləri dizaynerlərin sirrləri ilə tanış etmək istəyirik.

1. Gizli saxlama yerləri.

İnsanı əhatə edən əşyaların sayı dayanmadan artır, və bu əşyaları saxlamaq üçün əlavə yer tələb olunur. Kiçik mənzillərdə dizaynerlər gizli dolabların hazırlanmasını tələb edir və bununla mənzildə geniş məkan görünüşü yaratmağa çalışırlar.

Nəhəng paltar dolablarından imtina edin və onları modullarla əvəzləyin. Belə modullardan istifadə etməklə rahat saxlama sistemləri yaratmaq mümkündür. Əgər belə modulların qapıları otağın divarları ilə eyni rəngdə olsa, onda bu saxlama sistemləri heç gözə də çarpmayacaq. Təmir zamanı planlaşdırma mərhələsində dizaynerlər gizli dolablar üçün divarda taxçaların eksizlərini çəkir və bununla da otağın sahəsini qoruyub saxlamağa çalışırlar.

2. Lokal rənglər və “80/20 qaydası”.

Otağa geniş görünüş vermək üçün dizaynerlər açıq rənglərdən istifadə edirlər. Onlar interyerdə əsasən lokal rənglər işlədirlər, kontrast yaratmaq üçün isə şux rənglərə müraciət edirlər.

Adətən sənətkarlar iki və ya üç rəng seçib interyeri bu rəng cütlüyünə və ya triadasına uyğun yaradırlar. İnteryerdə şux rənglərin çoxluğundan uzaq durun. Kiçik məkanlarda bütün rənglər bir-birini tamamlamalıdırlar.

Kiçik sahəli mənzillərdə ən ideal variant – rənglərin bir-birinə uyğun olmasıdır. Belə ki, açıq rənglər daha şux və tünd rənglərlə birgə istifadə edilməlidir. Rənglərin faiz nisbəti belə olmalıdır: interyerin 80% – açıq rəng, 20% – tünd rəng təşkil etməlidir.

3. Doğru seçilmiş işıqlandırma temperaturu.

Adətən, kiçik mənzillərdə otaqları zonalara bölmək lazım gəlir. Belə funksional zonaları bir-birindən ayırmaq üçün işıq dizaynı fəndlərindən istifadə etmək lazımdır.

İşıq mənbələrindən və işıqlandırma temperaturlarından doğru istifadə etməklə kiçik otaqlarda belə inanılmaz nəticələr əldə etmək olar.

Məsələn, kabinet yerləşən zonada soyuq və ya neytral işıqlardan istifadə etmək olar. Yataq və ya qonaq otaqlarında isə daha isti işıqdan istifadə etmək lazımdır. Hər zona üçün fərqli işıqlandırma növü seçmək ilə siz həm otaqları təyinatlarına görə həm də otağın özünü zonalara ayıra bilərsiniz.

4. Güzgüdən hazırlanmış səthlər.

Güzgülər vizual olaraq otağı geniş göstərsə də, onları interyerdə çox ehtiyyatla istifadə etmək lazımdır. Onları yersiz istifadə etmək olmaz. Həmçinin, yadda saxlayın ki, güzgü hər zaman xüsusi qulluq tələb edir.

Dizaynerlər güzgüləri mebellərin fasad hissələrində istifadə etməklə otaqda əlavə boşluq effekti yaradır.

5. Doğru seçilmiş dekor.

Dekor – dizayner əməyinin final mərhələsi olduğu üçün, ona xüsusi diqqətlə yanaşmaq lazımdır. Mütəxəssislər dekor vasitəsi ilə məkanın görünüşünü tamamlayıb, interyerə xüsusi ab-hava qatırlar. Dekor əhval-ruhiyyəni qaldırmaqla yanaşı, interyerin görünüşünü tamamilə korlaya da bilər.

Dekor seçərkən, yuxarıda qeyd etdiyimiz rəng cütlüyü və ya rəng triadasından uzaqlaşmamaya çalışın. Dekora rəng qatmaq olar, lakin unutmayın ki, seçdiyiniz yeni rəng interyerin əsas rəngi ilə uyğunlaşmalıdır.

You may also like

Şərh yaz