Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Mənzilin daxili divarlarının işlənməsi üçün 10 ideya

Mənzilin daxili divarlarının işlənməsi üçün 10 ideya

by admin
0 şərh 75 görüntü

Mənzilin təmiri bir çox orijinal fikri həyata keçirmək üçün əla şans ola bilər. Məhz indi, mənzildə “yaradıcılıq səliqəsizliyi” olduğu zaman divarların dekoru barədə düşünmək lazımdır.

Birinci ideya — qeyri-adi divar kağızları.

İkinci ideya — mozaika.

Üçüncü ideya — freska.

Dördüncü ideya — kərpic.

Beşinci ideya — üzərində fotoşəkil olan divar kağızları.

Altıncı ideya — dekorativ panellər.

Yeddinci ideya — keramoqranit.

Səkkizinci ideya — ekoörtük.

Doqquzuncu ideya — dekorativ suvaq.

Onuncu ideya — boya vurulmuş divarların orijinal formada birləşməsi.

Tavan və döşəmənin işlənməsi kifayət qədər konservativ olsa da, divarların işlənməsində ürəyiniz istəyən fikri həyata keçirə bilərsiniz — abstrakt şəkillərdən tutmuş parça və ya təbii daşla naxış vurmağa qədər.

Bu məqalədə divarın işlənməsinə dair 10 ideyanı nəzərinizə çatdırmaq istəyirik. Çünki divarlar — interyerin ən mühüm tərkib hissəsindən biridir. Sizin otağınıza təklif etdiyimiz variantlardan hansı uyğun olacaq özünüz qərar verin. Bəziləri sadə, tək bir rəngə boyanmış divarlara üstünlük verib, onları şux rəngli və qeyri-adi formada olan mebel əşyaları üçün fon kimi düşünür, digərləri isə bahalı və dəbdəbəli naxışlara üstünlük verir. Bizim məsləhətlərimiz universal olub,konkret şəraitə asanlıqla uyğunlaşır və bununla istənilən dizaynda olan interyerlərdə istifadə edilə bilər.

Qeyri-adi divar kağızları

Sizə elə gəlir ki, divar kağızları köhnədən qalmış variantdır və sizi heç bir yeniliklə təəccübləndirmək olmaz? Tamamilə səhv fikirdir! Bu materialın imkanları olduqca genişdir və qeyri-adi şəkilli və fakturalı divar kağızları kolleksiyası hər mövsüm yenilənir. Həmçinin divar kağızları tək kağızdan hazırlanmır, divar kağızları üçün istifadə olunan müasir materialların müxtəlifliyi insanı təəccübləndirir.

Biz sizə yalnız bir neçə növ divar kağızları ilə aparılmış divar dekorasiya variantını təqdim edirik. Bu variantlar həm universal,  həm praktik, həm də orijinaldır.

Beləliklə, dizaynerlərin fikrincə hal-hazırda dəbdə olan trendlər bunlardır:

1) Biri birindən rəng və naxışına görə tam fərqlənən divar kağızlarının kombin edilməsi. Belə kombinlər qeyri-adi dekorativ effektlərə nail olmağa kömək edir. Qabaqlar belə bir görünüşü yalnız divarda şəkil çəkməklə əldə etmək mümkün idi.

2) Evə gələn qonaqların diqqətini dərhal cəlb edən olduqca iri naxış.

3) Bir divarda eyni rəngdə və eyni fakturada olan, lakin naxışları ilə fərqlənən divar kağızlarının istifadə edilməsi.

4) Üzəri rənglənən müxtəlif fakturalı divar kağızları. Belə divar kağızlarının nəzərə çarpan naxışları olur ki, onların üzərinə boya çəkdikdən sonra həmin naxışlar daha orijinal görkəm alır.

Son illər 7-8 dəfə üst üstə boyana bilən olduqca gözəl şüşə lifli divar kağızları populyarlıq qazanıb. Lakin unutmayın ki, divar kağızlarının üzərinə çox qalın boya qatı çəkildikdə naxışların orijinallığı itə bilər.

5) Yapon interyeri yaratmaq üçün bambuk ağacından hazırlanmış divar kağızları ən ideal variantdır. Onlar dərhal otağa lazımi kolorit bəxş edir.

6) Parçadan hazırlanmış divar kağızları yalnız klassik və ya ingilis üslublarında olan interyerlərdə istifadə edilir.

Üzərində iri naxışlar olan adi kağızdan hazırlanmış divar kağızları belə bütün interyeri dəyişə bilər. Onlar təbii bambukdan hazırlandıqda isə yalnız gözəl deyil, üstəlik bahalı da görünür.

Bu rahat yataq otağında iri naxışlı divar kağızları yalnız bir divarda istifadə olunub, və onlar otaqdakı tekstil və digər dekor əşyaları ilə çox uyğunlaşır.

Mozaika 

Hesab edirsiniz ki, mozaika yalnız vanna otağı və mətbəx üçün nəzərdə tutulub? Xeyr. Bu materialdan istifadə etməklə qonaq və yataq otağında da olduqca gözəl pannolar yaratmaq mümkündür.

Son illər mozaika yalnız alışdığımız keramikadan deyil, dəri, metal, ağac, sədəf, xəzdən də hazırlanır. Belə kompozisiyalar qeyri-adi və dəbli görünəcək. Ona görə də xoşunuza gələn hansı variantı seçsəniz də, divarlar möhtəşəm görünəcək.

Dizaynerlərin fikirincə, mozaik pannolar, antik dövrə aid olan heykəllərin təsviri, portret və peyzajlar klassik üslubda olan interyerdə daha aktualdır. Həmçinin mozaika vasitəsi ilə divarın dekorunun bir elementini ayırmaq olar (məsələn, güzgünü). Mozaik haşiyəyə alınmış rəsm əsəri və ya arka da çox maraqlı görünə bilər.

Taxtadan hazırlanmış mozaika keramik mozaika qədər şux görünməsi də, ümumilikdə o da yaraşıqlı görünür.

Freska

Ənənəvi freska — yaş suvağın üzərində sulu boyalarla çəkilmiş rəsm əsəridir, yəni, hər bir əl işi kimi bahalıdır. Xoşbəxtlikdən, belə şux dizayner fikirlərini sevənlər üçün daha az vəsait tələb edən variantlar mövcuddur. Məsələn, qabaqcadan parça üzərində çəkilmiş freska; yapışqanlı əsasın üzərində çəkilmiş şəkillər və sərt əsasın üzərində çəkilmiş freskalar. Bunlar hazır əsərlərdir. Onlar ənənəvi üsulla yaş suvaq üzərinə çəkilmiş əsərlərdir. Lakin onlar evin divarlarında deyil, poliuretan əsasın üzərində çəkilir.

Qeyri-adi dizayner fəndlərindən biri də iri rəsm əsərlərinin qapı da daxil olmaqla bütöv divara çəkilməsidir ki, bununla şəkilin tamlığı qorunub saxlanılır.

Məhşur rəsm əsərlərinin motivlərində çəkilmiş freskalar hər zaman aktualdır. Müasir istehsalçılar sərt poliuretan üzərinə çəkilmiş hazır əsərlərdir ki, onlar xüsusi yapışqanla divara yapışdırılır. Belə freskanın maksimal ölçüsü 3,2×1,6 m olur. Freska çərçivənin içərisinə yerləşdirildikdə şəkilə çevrilir.

Kərpic

Kərpicdən hörülmə divarın dekor elementi olması barədə mübahisə etmək olar. Lakin, loft üslubunda olan evlərdə və ya kobud, kəndsayağı interyerdə kərpic əvəzolunmazdır.

Kərpicdən hörülmə divarın dekor elementi olması barədə mübahisə etmək olar. Lakin, loft üslubunda olan evlərdə və ya kobud, kəndsayağı interyerdə kərpic əvəzolunmazdır.

Qədim tikililərdə dizaynerlər kərpic hörgüsünü gizlətməməyi tövsiyə edirlər. Ev inşa edildikdən 100 il sonra kərpic çox gözəl görünüş alır ki, bu da tikilinin qədim və zəngin tarixinin bir sübutudur.

Fotoprint

Müasir texnologiyalar müxtəlif materialların üzərində inanılmaz dəqiq və tam həqiqi görünüşə uyğun olan fotoprintlər yaratmağa imkan verir. Rəngli şəkil, şəkil panoraması və ya dağ peyzajı otağın divarını aralayaraq, vizual olaraq məkanı genişləndirməyə imkan yaradır.

Lakin belə rəngli şəkillər tezliklə adamı bezdirir, və buna görə də dizaynerlər belə fotoprintləri daim göz önündə olan divara yerləşdirməyi tövsiyə etmirlər. Ənənəvi olaraq, fotoprint çarpayının arxasında olan divarda, ensiz dəhlizdə və ya qonaq otağında divanın arxasında yerləşdirilir.

Fotoprintin üstün cəhətlərindən biri də odur ki, divara şəxsi fotoalbomunuzdakı fotolardan siz kollaj yarada bilərsiniz. Bununla siz həyatınızın unudulmaz anlarını ölümsüzləşdirə bilərsiniz.

Bu şəhər panoraması yataq otağının olduqca sakit olan klassik üslubuna tam uyğunlaşdı. Fotoprintin yeri də əla seçilib — çarpayının baş ucunda, və beləliklə o, ev sakinlərinin zəhləsini tökməyəcək.

Dekorativ panellər

Əgər mənzilinizdə tozsuz, çirksiz və əlavə narahatçılıqsız, üstəlik qısa zamanda təmir aparmaq istəyirsinizsə, hazır dekorativ panellərdən istifadə sizin üçün ideal seçim ola bilər.

Plastik panellər, sözsüz ki, universal olub, sudan “qorxmur”, taxtanın görünüşünü imitasiya edir, asan montaj edilir və bunların hamısına baxmayaraq çox bəsit və ucuz görünür. Üzəri hər nə qədər gözəl boyansa və ya fotoprintlə naxışlansa da, plastik hər zaman plastik olaraq qalır.

Taxta panellər isə, məsələn, məşhur buazeri hər zaman çox bahalı, möhtəşəm və kəş-kəşanlı görünür. Onlar ən sadə qonaq otağını belə zadəgan salonuna çevirə bilər. Buazerilər hal-hazırda yalnız təbii ağac parçasından deyil, üzərinə şpon çəkilmiş MDF və ya DSP-dən də hazırlanır. Bununla onların maya dəyəri azalır.

Adətən buazerilərin üzəriləri boyanmır, çünki taxtanın gözəlliyini gizlətməyə heç bir lüzum yoxdur.

Lakin, bunu otağın interyerinin ümumi üslubu tələb edirsə, niyə də rənglənməsin? Bax belə ağ rəngə boyanmış dekorativ panellər yalnız qızdırıcı radiatorları gizlətmir. Onlar həmçinin interyerin ayrılmaz bir parçasına çevrilir.

Keramoqranit

Adi keramik plitələrdən fərqli olaraq keramoqranit 1,2-1,3 min dərəcə və 50 Mpa az olmayan təzyiq altında hazırlanır. Belə şəraitdə istehsal edilən keramoqranit məsaməsiz və, demək olar ki, sukeçirməyən material olur.

Bununla yanaşı keramoqranitin bir çox xüsusiyyəti var ki, onlar keramoqraniti yalnız vanna otağı, mətbəx və ya binanın fasadında deyil, hətta qonaq, yataq otaqlarında və kabinetlərdə də istifadə etməyə imkan verir.

Beləliklə, fakturalı səthə malik olan keramoqranit müasir naxışlanma üsullarının hesabina dəri, taxta və ya təbii daşı immitasiya edir.

Hal-hazırda inşaat materialları dükanlarında təbii daşa və ya taxtaya bənzəyən, həmçinin onlar da keyfiyyətinə görə üstün olan keramoqranitə rast gəlmək olar.

Eko-örtük

Son illər bir çoxları mənzillərini ekoloji cəhətdən təhlükəsiz etməyə çalışır. Buna isə yalnız ekoloji təmiz materiallardan istifadə etməklə nail olmaq mümkündür.

Divarların üzlənməsi üçün təbii sayılan materiallar bunlardır:

Siral

Qarğı

Rotanq

Cut lifləri

Marant

Bambuk

Palıd, zebrano, ərik, sandal, albalı və s. ağacların gövdəsindən hazırlanmış şpon.

Bu təbii örtüklər üçün adi divar kağızları üçün istifadə olunan kağızları üçün istifadə olunan kağızdan daha qalın kağız istifadə edilir. Həmçinin hamıya yaxşı tanış olan flizelin də istifadə edilə bilər.

Belə təbii örtüklərə maraq son illər asiya etnik üsluba dəblə də izah edilə bilər. Belə naxışlar yalnız yapon interyerində deyil, fyujin üslubunda da istifadə edilir. Bu zaman bütöv divar deyil, onun bir hissəsi naxışlanır.

Seçim böyük olsa da, divarların bu cür işlənməsi çox baha başa gəlir.

Dekorativ suvaq

Dekorativ suvaq eyni zamanda həm ənənəvi, həm də novator üsulu sayıla bilər. Çünki bu üsul çoxdan istifadə ediləsədə, öz cazibəsini itirməyib.

Dekorativ suvaq içərisində 10 mm-dən qalın olmayan dolğuları olan qalın üzlənməlidir. Dolğular aşağıdakılardır:

Mərmər, qranit, kvarts və ya dolomit qırıntısı;

Sintetik qranullar;

Neylon və ya selluloz liflər.

Təbii ki, içərisindəki dolğudan asılı olaraq, dekorativ suvağın xarici görünüşü də fərqli olur.

Lakin, unutmayın ki, dekorativ suvağın relyefi və fakturası istifadə edilən alətlərdən və suvanma texnikasından asılıdır. Məhz buna görə də usta seçimində də çox diqqətli olmaq lazımdır.

Dekorativ suvaq klassik və art-deko üslublarında olan interyerlərdə istifadə edilir, və elit təmirin möhtəşəmliyini ön plana çıxarır.

Suya davamlı suvaq vanna otağında da istifadə edilə bilər.

Rəngli boyaların qarışığı.

Divarların boyanması sadə, rahat və istənilən zaman yenilənə bilən olduğu üçün böyük populyarlıq qazanıb. Lakin divarları tək bir rəngə boyamaq artıq dəbdə deyil. Dizaynerlər bir neçə rəngi birləşdirib, divarı müxtəlif rənglərə boyamağı tövsiyyə edirlər.

Ən maraqlı variantlar bunlardır: divarın birinin daha şux rəngə boyanması, trafaretlər vasitəsilə boyanma, hər hansı bir şəkillərin çəkilməsi. Məsələn, mətbəxin divarında saat siferblatının çəkilməsi; iki oxşar rəngin bir-birindən dalğalı zolaqla ayrılması və s.

Təbii ki, divarların boyanması yeni üsul deyil. Lakin hal-hazırda olduqca geniş rəng seçimi mövcuddur ki, bu da faktura və rənglərlə eksperiment aparmağa şərait yaradır.

Sənətkarların tövsiyyələrinə qulaq asın və mənzilinizin interyerinin individual, eleqant və möhtəşəm olmasından əmin olun!

You may also like

Şərh yaz