Ana Səhifə Faydalı Məlumatlar Mənzilin elektrik təçizatı və elektrotexnik işlər

Mənzilin elektrik təçizatı və elektrotexnik işlər

by admin
0 şərh 72 görüntü

Quruluş Prinsipləri

Mənzilin elektrik kabelləri divarlarda açılmış xüsusi kanallarda yerləşdirilir. Son illər elektrik qabelləri qofre edilmiş şlanqların içərisinə yerləşdirilib hər elektrik prizi qrupuna ayrı-ayrılıqda çəkilir. Çox zaman təklif olunan üsullardan olan kabelləri plintusun altına və ya xüsusi qutuların içərisinə yerləşdirilməsi kimi üsullar yalnız az gərginlikli internet, telefon və ya televiziya kabelləri üçün yararlıdır. Yüksək gərginlik kabelləri üçün belə üsullardan istifadə etmək qəti qadağandır. Bu yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.

Kabelləri içərisinə yerləşdirmək üçün nəzərdə tutulmuş qofroşlanqların metallik olması məsləhət görülür. Belə şlanqlar elektrik naqillərini lazımsız əngəllərdən azad edir. Bununla siz ütünü elektrik xəttinə qoşduqda kompüterinizin təkrari yüklənməsinin, və ya mikrodalğalı sobanı işə salarkən televizorun ekranında xoşagəlməz zolaqların əmələ gəlməsinin qarşısını ala bilərsiniz. Həmçinin metallik qofroşlanq mənzilin naqillərini mexaniki zədələnmədən də qoruyacaq və bu da sizə sizə çox da bahalı olmayan elektrik kabellərini almaq imkanını yaradacaqdır. Əgər bir neçə il bundan qabaq elektrik sayğacları qoruyucu tıxaclarla təçiz olunurdursa, müasir zamanda mənzilin elektrik xəttləri üçün ayrıca avtomat quraşdırılır. Belə avtomatlar istənilən otağa və ya mətbəxə ayrı-ayrılıqda quraşdırıla bilər. Elektrik cihazları ilə zəngin olan mətbəx üçün ayrıca bir avtomatın quraşdırılması zəruri haldır.

Mənzilin elektrik axınının paylanması: ümumi mənzilin əsas avtomatı – 30 A, otaqlar – 16 A, mətbəx – 30 A. Mənzilin elektrik təçizatı daxilində sərt içlik olan 3 naqilli kabel ilə təmin olunmalıdır. Mis naqilin içliyinin eninə kəsiyi 30 A üçün 2,5 mm2-dən az olmamalıdır. 16 A üçün isə bu göstərici 1.4 mm2 təşkil etməlidir. Elektrik lövhəsindəki qoruyucu naqilləri ya torpaqla birləşdirirlər ya da sıfırlayırlar. Prizlər qrupu daxilində isə qoruyucu naqillər avroprizlərin qoruyucu kontaktları ilə birləşdirir. Mənzildə ən azı 1 dənə elektrik cərəyanını kəsən qoruyucu qurğu olmalıdır, mətbəxdə isə paltaryuyan maşın üçün ayrıca qoruyucu qurğu quraşdırılmalıdır. Mənzilin əsas avtomatı 30 A olduğu halda bu qurğu 50 A -lik olmalıdır.

Alətlər

Elektrik naqillərini montaj etmək üçün sizə aşağıdaki alətlər lazım ola bilər: perforator (beton üçün 16-20 mm -lik burğu ilə), taclı burğu (90-100 mm), beton üçün iskənə (25-30 mm) və beton deşmək üçün burğu dəsti; bolqarka üçün daş kəsən disk, elektrik lehimləyicisi (40-60 vatt); faza ölçən, 600-700 V -dək dəyişən gərginlik ölçən multimetr; kəlbətinlər, vint açanlar, izolə edilmiş dəstəkləri olan kəsici alətlər, montaj bıcağı, fənər; kəndirli inşaat səviyyə ölçəni; alebastr üçün şpatel; 15 m uzunluğu olan 2-3 yuvalı uzadıcı; səyyar elektrik yuvası.

Materiallar

Kabel, qofre edilmiş şlanq, avtomatlar və mühafizə qurğusu, naqillərin birləşdiricisi, elektrik prizləri, elektrik lövhələri (şitləri), izolə edici lent, cərəyan keçirən pasta, qofre edilmiş şlanqları birləşdirmək üçün çəmbər (xomut), leyimləyici, flüs pasta, alebastr. Bunların hamısını inşaat mağazalarında əldə etmək olar.

İşin gedişi

İlk növbədə mənzilin prinsipial və montaj elektrik sxemlərini çəkmək lazımdır. Bu işi mütəxəssislərə həvalə etsəniz yaxşı olar. Aidiyyatı olan orqanlardan icazə alandan sonra işə başlamaq lazımdır.

İlk növbədə mənzilin elektrik təçizatını kəsmək lazımdır. Fazagöstəricisinin köməyi ilə elektrikin tam olmamasından əmin olmaq lazımdır. Sonra elektrik sayğacından mənzilə müvəqqəti elektrik xətti çəkmək lazımdır. Daha sonra divarlarda kanallar, prizlər və elektrik lövhəsi üçün yuvalar açmaq lazımdır. Kanallar tavandan 15-20 sm məsafədə aşağı olmalıdır. Əsas kanallardan düz bucaq altında aşağıya prizlərə doğru və tavana çil-çıraqlara doğru kanallar açılmalıdır. Sonra elektrik prizlərinin altlıqlarını divarda açılmış yuvaların içərisinə yerləşdirib, alebastr ilə bərkidirlər. Elektrik lövhəsini divara şuruplar vasitəsi ilə bərkidirlər. Kabellər kanalların içərisinə yerləşdirildikdən sonra  onları multimetr vasitəsi ilə test edirlər. Kabelləri hər 10-15 sm-dən bir alebastr ilə kanalın içərisinə bənd edirlər. Sonunda, divara suvaq vurulub, divar kağızı yapışdırılır, elektrik prizləri yuvalarına montaj edilir və elektrik naqilləri ilə birləşdirilir.

You may also like

Şərh yaz