Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Mənzilin təmiri: 17 foto (əvvəl və sonra)

Mənzilin təmiri: 17 foto (əvvəl və sonra)

by admin
0 şərh 34 görüntü

Köhnəlmiş mebel dəsti, cansıxıcı rənglər, narahat planlaşdırma, saxlama yerinin olmaması səbəbindən hər tərəfə atılmış əşyalar… Bunların hamısı insanın normal yaşamına mane olur. Nəhayət, elə bir an gəlib çatırki, insan hər şeyi köklü şəkildə dəyişdirmək qərarına gəlir. Biz sizə bu işdə kömək etməyə hazırıq! Sizə ilham verəcəyik, problemin maraqlı həll yollarını axtarıb tapacayıq və mənzilin təmirinə dair əla ideyalar verib, sizə bu mövzuda fotoşəkillər təqdim edəcəyik.

Mətbəx

Sizə təqdim etdiyimiz təmirdən qabaq və sonra çəkilmiş şəkillərdə də gördüyünüz kimi, konstruktiv ideyalardan istifadə etməklə, mətbəxin görünüşünü tamamilə dəyişdirmək olar.

Rənglər, materiallar, yeni döşəmə örtüyü, funksional mebel dəsti, mətbəxinizə tamamilə fərqli görünüş verəcək. Dar otaqlar daha geniş, qaranlıq məkanlar daha işıqlı görünüş alacaq. Eyni ölçülü sahədə daha çox mebel əşyası yerləşdirmək mümkün imiş. Bu bir sehirdir? Xeyir. Sadəcə olaraq, bu bacarıqlı planlaşdırma və doğru seçilmiş mebel sayəsində mümkün oldu.

Bəyaz minimalistik mətbəx

Mənzilinizi minimalistik tərzdə təmir etmək istəyirsiniz? Əla fikirdir!

Minimalizm üslubuna xas olan ağ rəng vizual olaraq böyüdülməsinə ehtiyyacı olan kiçik otaqların təmiri zamanı olduqca aktualdır.

Mətbəxin müasır tərzdə təmiri

Əgər siz minimalizm üslubunda təmir aparmaq qərarına gəlmisinizsə, sadə mebel dəsti almağınız məsləhətdir. Mətbəxtdə “əməliyyat otağı” görünüşü yaratmamaq üçün taxda elementlərdən istifadə edin. Bu, döşəməyə vurulmuş taxta, parket və ya laminat örtüyü; taxtadan hazırlanmış mebel dəsti də ola bilər. Mətbəxə təravət qatacaq təbii otaq bitkiləri də qoya bilərsiniz.

 

Ağ rəngdə mətbəx

Darısqal məkanlarda işığın olduqça böyük əhəmiyyəti vardır. Ağ rəngə boyanmış divarlar, və işığı əks etdirən səthlər gün işığının hər bir şüasını “səmərəli” istifadə etməyə şərait yaradır. Məsləhət görürük ki, şaquli istiqamətdə olan mebel əşyalarında mebeldən istifadə etməyin. Tünd rəngi yalnız üfüqi istiqamətdə olan səthlərdə istifadə edin.

 

Mansard qatının skandinaviya üslubunda təmiri

Bir çoxları mansard qatına fikir verməyib, ondan istifadə etmir. Lakin, qeyd etmək lazımdır ki, mansardın öz gözəlliyi və individuallığı vardır. Sadəcə olaraq, burada təmir apararkən doğru şəkildə hidroizolyasiya və pəncərə dəliklərinin açılması düşünülməlidir.

 

Müasir üslubda təmir olunmuş ağ-qara rəngli mətbəx

Hər bir ev xanımının ən böyük arzularından biri, onun yaşadığı mənzildə içərisində hər bir şeyi düşünülmüş mətbəxin olmasıdır. Əgər evinizdə mətbəxi təmir etməyi düşünürsünüzsə, mənzilin memarlıq xüsusiyyətlərini su xətlərinin və havalandırma sisteminin əsas xüsusiyyətlərini mütləq nəzərə alın.

 

Darısqal otağın təmirdən “qabaq” və “sonra” olan fotoşəkilləri

Demək olar ki, bir çoxlarının mənzilinin quruluşu idealdan uzaqdır. Belə olan halda bir çıxış yolu qalır — təmirə fantaziya və yaradıcılıqla yanaşma. Açıq rəngli boya otağa təravət və xoş əhval qatır. Sizə məsləhət görərdik ki, hündür divar boyu mebel dəstindən və kitab rəflərindən imtina edin. Onlar vizual olaraq həddən artıq çox yer tutur.

 

Yataq otağının skandinaviya üslubunda təmir edilməsi

Skandinaviya üslubunda təmir aparılan zaman əsas məsələ — işıqlandırmanın doğru seçilməsidir. Heç bir zaman otağa tünd rəngli mebel dəsti düzüb, otağın işığını “oğurlamaq” olmaz. Otaqda aparıcı rəng — ağ rəng olmalıdır. İnteryerə rəng qatmaq üçün isə, boz rəngli örtük və yastıqlardan, həmçinin yaşıl rəngli otaq bitkilərindən istifadə etmək olar.

 

Kiçik ölçülü yataq otağının təmirinə dair fikirlər

Kiçik ölçülü yataq otağının interyeri minimalizm üslubunda olmalıdır. Ağ rəngdə olan divarları, tavanı və döşəməni boz rəngli tekstil ilə tamamlayıb, vahid bir obraz yaratmaq mümkündür. Mebel qapılarının tutacaqlarını bas-aç mexanizmi ilə təmin etmək lazımdır. Lakonik fasadlar divarla həmahəng olub, otağı daha geniş göstərir.

 

Kiçik sahəli uşaq otağının təmirinə dair fikirlər

Təmirdən “öncə” olan şəkillər

Uşaq otağında həm çarpayıya, həm yazı masasına, həm dolaba yer tapmaq lazımdır. Əksər hallarda elə olur ki, otağa çarpayını yerləşdirdikdən sonra, biz digər əşyalara yer tapa bilmirik. Buna görə də uşaq otağı üçün mebel dəstini sifariş etsəniz daha yaxşı olar.

 

Kiçik ölçülü uşaq otağı üçün sifarişlə hazırlanan mebel dəsti

Təmirdən “sonra”

Uşaq otağına mebel dəsti sifariş edərkən, siz mənzilinizin individual xüsusiyyətlərini və otaq sahibi olan uşaqlarınızın istəklərini nəzərə almalısınız. Otağın hər kvadrat santimetrini səmərəli istifadə etmək lazımdır. Təqdim etdiyimiz fotoşəkildə siz quraşdırılan dolab-kupe və çarpayının baş ucunda yerləşən rəfləri görə bilərsiniz. Bu mebel dəsti və otaqdakı digər əşyalar individual proyekt üzrə hazırlanmışdır.

 

Müasir üslubda hazırlanmış narıncı rəngli uşaq otağı üçün mebel dəsti

Uşaqlar böyüdükcə onların öz otaqlarının dizaynına dair öz fikirləri formalaşır. Uşaqların hobbiləri və özlərinə məxsus maraq dairələri yaranır. Yetkinlik dövrünə çatmış uşaqlar otaqlarının təmiri zamanı öz fikirlərini böyüklərə söyləməyə çalışır. Onlarla sizin fikriniz bir birinə tamamilə zidd olmasın deyə, sadə, lakin praktik dizayna malik olan funksional mebel dəsti ən gözəl variant ola bilər.

 

İki nəfərlik uşaq otağının təmiri

Təmirdən “öncə”

Uşaq otağında təmir apararkən bir neçə ildən sonra dəbdən düşüb, öz aktuallığını itirəcək tematik divar kağızlarından və mebel dəstindən imtina edin. Məsələn, otağa bir neçə kreslo kisələr və puflar alın. Bunlar rahat olmaqla yanaşı, uşaqlarınızın tələblərinə də cavab verə bilər.

 

Uşaq otağının təmirdən “sonra” çəkilmiş fotoşəkillər

Uşaqlarınızın xəyallarını həyata keçirmək üçün onların hobbilərinə uyğun olan əşyaları otağa düzə bilərsiniz.

 

Tualetin təmiri: “öncə” və “sonra”

Təmirdən qabaq bu tualet olduqca cansıxıcı, kiçik, dar və çirkli idi. Dizaynerlər doğru rəng və kafel seçim etməklə olduqca “maraqlı” bir tualet yarada bildilər. Tualetin bir divarı açıq rəngə boyanmış, digər divarı isə tualetə geniş görünüş bəxş edən foto kağızı yapışdırılmışdı.

Kiçik vanna otağı: “öncə”

İçərisindən su xətləri keçən darısqal və olduqca narahat vanna otağının görünüşü — heç də ürək açan mənzərə deyil. Belə vanna otağının içərisində hökm sürən səliqəsizlik bu mənzərəni daha da itici edir. Bizim sizə olan məsləhətimiz odur ki, təmir zamanı biri-birinə uyğun olan 2 rəngi seçib, onları kombin edəsiniz.

Vanna otağının təmirinə dair əla fikirlər. Təmirdən “sonra”

Bu proyektdə dizaynerlər ağ rəngli taxtanı bütün səthlərdə istifadə etməklə, olduqca gözəl kombinlər əldə ediblər.

Ağ rəngdə olan kafel plitəsi və mebel fasadları üçün parıltılı səthlər seçiblər. Onlar güzgülərlə birgə işığı əks etdirib, vizual olaraq otağı daha iri və işıqlı göstərir.

Pastel tonlarında olan kiçik ölçülü vanna otağında təmiri

Təqdim etdiyimiz dizayn-proyekt təmirinə ayrılmış büdcəsi kiçik olan vanna otaqlarına aiddir. Ağ-mavi interyer təravətli və müasir görünüşə malik olduğu üçün vanna otağı olduqca gözəl və rahat görünür.

Vanna otağının interyerinə aid ideyalar

Son zamanlar dolayı yolla işıqlandırma ideyası əhali arasında çox böyük populyarlıq qazanıb və interyerdə sözün həqiqi mənasında möcüzələr yaradıb. Əsasəndə kiçik sahəli məkanlarda.

Təmir  zamanı vanna otağında yerləşən hündür elementlərin üzərinə işıq saçan “lentlər” bənd edin. Bu vanna əl-üz yuyan və ya dolabların üzəri ola bilər. Parlaq səthlər işığı əks etdirərək interyerin gözəlliyini daha da artırır.

 

Kiçik ölçülü vanna otağının minimalistik üslubda təmiri

Ağ-qara rəngdə vanna otağı hər zaman aktual olaraq qalır. Bu variantın gözəlliyi — qara rəngli döşəmə və kərpic imitasiyası olan divardır.

Ağ rəngli vanna otağının təmirinə dair fikirlər

Əgər sizin vanna otağınız kiçikdirsə, və siz buna baxmayaraq orada vanna yerləşdirmək istəyirsinizsə, məsələnin çıxış yolu — oturmaq üçün nəzərdə tutulmuş vannanın quraşdırılmasıdır. Sizə məsləhət görərdik ki, belə vanna otağı üçün ensiz mebel dəsti seçəsiniz.

 

You may also like

Şərh yaz