Ana Səhifə Dizayn Mərmərdən istifadə ilə interyerə möhtəşəm görünüşün verilmə üsulları

Mətbəx: mərmərdən hazırlanmış mebel üstlüyü və mətbəx “önlüyü”

Elit mətbəxin əlaməti — onun təbii daşla işlənməsidir. Təbii daş həm klassik, həm də müasir üslubda işlənmiş mətbəxlərə uyğunlaşır. Təbii daşı istər metal, istərsə də taxta ilə kombin etmək olar. Təbii daş həm şux rənglərə, həm də dəbdə olan neytral tonlara uyğunlaşa bilər. Lakin nəzərə almaq lazımdır ki, mərmər diqqət və xüsusi qulluq tələb edir. Mərmər üstlüklər turşu və qələvilərin təsirinə davamsızdır, onu yalnız neytral təmizləyici vasitələr ilə təmizləmək mümkündür. Həmçinin mərmərin məsamələri mayeni asanlıqla özünə hopdurur, və buna görə də mərmər üstlük istehsalçıları onların üzərini mum əsaslı, suitici, hamarlıq və parlaqlığı qoruyan xüsusi kimyəvi vasitələrlə örtür.

Dizayner fikri:

  • İnteryerində mərmərdən istifadə edilən mətbəx olduqca gözəl görünüşə malikdir. Mərmər — təkrarolunmaz təbii naxışlı, interyerə unikallıq və möhtəşəmlik bəxş edən olduqca gözəl materialdır. Çox güman ki, məhz buna görə mərmər hər zaman tələb olunan və mətbəx interyerində geniş istifadə olunan materialdır. Bunların arasında ən populyar içərisində tünd haşiyəsi olan ağ rəngli mərmərdir, çünki belə mərmər mətbəxin görünüşünü vizual olaraq genişləndirir.

Qonaq otağı: jurnal masaları.

Əgər interyerində heç olmasa bir detal təbii daşdan hazırlanıbsa, belə qonaq otağının dekoru digərlərinə nisbətən bir pillə yuxarı səviyyəyə qalxır. Qonaq otağında dizaynın bütün qanunlarına uyğun olan tam və ya bir hissəsi mərmərdən hazırlanmış jurnal masası xəyal edin. Onun metal və ya taxta ilə bir arada olması mərmərə təkrarolunmaz möhtəşəmlik bəxş edir. Həmçinin belə masanın üzərinə ağır əşyalar qoymaq mümkündür.

Vanna otağı: döşəmə və divarların işlənməsi.

Hətta kiçik vanna otağında belə divarlar və döşəməni mərmərdən etmək olar. Açıq çalarlar və hamarlıq vizual olaraq vanna otağını daha geniş göstərə bilər. Həmçinin, mərmərin keçiriciliyi hətta yüksək nəmişliyi olan məkanda belə elə mikroiqlim yaradır. Mərmər suya və temperatur dəyişikliklərinə qarşı çox davamlıdır — qədim zamanlarda hamamlar və hovuzlar məhz mərmərdən hazırlanırdı.

Yataq otağı: mərmər döşəmə.

Mərmər döşəmə olduqca möhkəm materialdır və ona görə də istənilən ağırlığa tab gətirə bilər. Məhz bu səbəbdən mərməri döşəmənin işlənməsində istifadə etmək olar. Mərmərin hamar səthi və parıltısı otağa işıq və geniş görkəm bəxş edir. Mərmərin üzərindəki möhtəşəm naxışlar qonaq otağınıza krallara laiq məkanlara və ya bahalı otellərin lyuks nömrələrinə bənzər görünüş bəxş edəcək. Təbii ki, burada quraşdırdığınız mebelin də rolu olduqca böyükdür. Ehtiyat edirsiniz ki, mərmərin üzəri çox soyuq ola bilər? Çarpayınızın yanına — ayaq altına — kiçik ölçülü yumşaq xalça ata bilərsiniz.

Dekor: mərmər əsaslı lampalar.

Komodun, konsol masasının və ya çarpayı yanı tumbanın üzərinə qoyulmuş mərmər əsaslı mütaliyyə üçün nəzərdə tutulmuş lampalar interyerə dəbdəbə notu qatmağın ən delikat üsuludur. Karrar növlü mərmər ağ və pastel tonlarda olan abajurla çox gözəl uyğunlaşır. Mərmər istər klassik, istərsə də müasir skandinaviya üslubu ilə əla uyğunlaşır.

Dizayner fikri:

  • Qədim dövrlərdən mərmər kaminin işlənməsində istifadə edilirdi. Saraylarda varlı adamların evlərində üzəri oyma naxışlarla və heykəllərlə bəzədilmiş mərmər kaminlər inşa edilirdi. Belə möhtəşəm kaminlər əsasən zallarda quraşdırılırdı. Ansambl tavana qədər yüksəlirdi və həmin məkanın mərkəzi elementinə çevrilirdi.

Müasir interyerlərin bəzədilməsi əlbəttə daha lakonikdir. Lakin, divarlardan birinin fraqmenti kimi təbii mərmər əlavə olunsa, bütün otağın görünüşü dərhal dəyişir və məkan daha dəbdəbəli görünüş alır. Mərmər döşəmədən tavana qədər yüksələ bilər və təbii daşın gözəlliyi otağa möhtəşəm görünüş qata bilər.

You may also like

Şərh yaz