Ana Səhifə Faydalı Məlumatlar Santexnik avadanlığın seçilmə sirrləri

Santexnik avadanlığın seçilmə sirrləri

by admin
0 şərh 36 görüntü

Son illər ixtisaslaşmış mağazalarda alıcılara geniş çeşiddə santexnik avadanlıq təklif olunur. Duş kabinləri, vannalar, unitazlar, çanaqlar, kranlar, su qarışdırıcıları və s. işıltılı və şik görünüşlü mallar alıcıların ağlını başdan çıxarır. Bəs santexnik avadanlıq alarkən nələrə diqqət yetirmək lazımdır?

  1. İstər xırda aksesualar, istərsə də daha iri santexnik avadanlıq alarkən, çalışın qeyri-səmimi satıcıların tələsinə düşməyəsiniz. Bəzən onlar tanınmayan istehsalçının malını məhşur brend adı ilə alıcıya satmağa çalışırlar. Unutmayın ki, keyfiyyətli malın qiyçəti yüksək olmaqla yanaşı, onun mütləq zəmanətli istifadə müddəti də olur.
  2. Çalışın ki, aldığınız məhsul keyfiyyətli olmaqla yanaşı, onun quraşdırılması da mütəxəssis tərəfindən həyata keçirilsin. Buna görə quraşdırılmanı ya mağazanın birbaşa əlaqəli olduğu servis xidmətinin işçisinə, və ya ixtisaslaşmış firmaya həvalə edəsiniz.
  3. Məhsulu aldıqda, onun hazırlandığı materiala fikir verin. Uzun istismar müddəti olan materiallardan keramika, metallı keramika, fayans və ya farforu göstərmək olar.
  4. Rəng, forma, ölçü seçimi zamanı özünüz qərar verməlisiniz, lakin bu zaman yalnız zövqünüzü deyil, vanna otağının ölçüsünü, onun dizaynını və yaradacağı komfortu da nəzərə alın.
  5. Son illər ənənəvi vannaların yerini duş kabinləri tutur. Əgər vanna otağının sahəsi kiçikdirsə, və orada eyni zamanda həm duş kabinəsi, həm vanna quraşdırmaq mümkün deyilsə, yadda saxlayın ki, vannanı yerindən çıxarmaq onu yenidən quraşdırmaqdan asandır.
  6. Satışda cuğun, plastik və ya metallik vannalar vardır. Həmçinin hidromassaj qurğularına da rast gəlmək olar. Bunların hər birinin həm mənfi həm də müsbət cəhətləri vardır. Lakin unutmayın ki, yalnız keyfiyyətli məhsullar sizə uzun illər boyu qulluq edə bilər.
  7. Santexnik avadanlığın ən əhəmiyyətlisi – unitazdır. İldən ilə unitazların həm xarici görünüşü həm də daxılı quruluşu dəyişikliklərə uğrayır. Belə ki, adi unitazın yerini iki səviyyəli su axını olan unitazlar tutur. Qənaətli su axını olan unitazlar hiss olunacaq qədər suya qənaət etməyə şərait yaradır.

You may also like

Şərh yaz