Ana Səhifə Dizayn Vanna otağının gözoxşayan görünüşünə doğru gedən yolda 7 addım

Hovlu dəsmallar

Vanna otağında bir neçə yumşaq, hovlu dəsmal asın və ya sadəcə qatlayıb rəfə qoyun. Onlar vanna otağına rahatlıq gətirəcək və xoş görünüş gətirəcək. Əgər siz daha fərqli materiallara (məsələn, mikrofibraya) üstünlük verirsinizsə, bunlardan cəsarətlə istifadə edə bilərsiniz (ancaq uzun hovlu materialları seçin).

O ki qaldı rəng seçiminə, ənənəvi ağ rəngdə olan dəsmalları yox, rəngarəng dəsmalları seçməyiniz daha yaxşı olar. İsti rənglər qrupuna aid olan qırmızı, narıncı, sarı rənglər vanna otağına vizual olaraq daha rahat görünüş verməyə sizə yardım edər.

Yumşaq ayaqaltılar

Yəgin ki, mənimlə razılaşarsınız ki, isti və rahatlıq verici vanna qəbul etdikdən sonra soyuq, sürüşkən metlaxın və ya rezin altlığın üstünə ayaqlarınızı qoymaq o qədər də xoşagələn bir şey deyil. Bunun əvəzinə ayağı yumşaq, tüklü ayaqaltının üstünə qoymaq insana daha xoş gəlir. Zövqünüzə uyğun olaraq siz istər daha praktik, gec xarab olan akril, və ya rahat və ekoloji təmiz pambıq ayaqaltı seçə bilərsiniz. Hər bir halda özünüzü daha komfortlu hiss edəcəksiniz.

Bizim fikrimiz:

— Vanna otağına ayaqaltı seçərkən onun təhlükəsiz olduğundan əmin olun. Xalça təbii materiallardan hazırlansa belə, onun arxa tərəfi rezin və ya silikon olmalıdır ki, yaş metlaxın üzərində ayaqaltının sürüşməsinin qarşısını alsın.

Tekstil pərdələr

Tekstil mövzusunu davam edirik. Vanna otağında asılmış pərdələr polietilen pərdədən daha estetik görkəmə malikdir. Müasir tekstil pərdələr praktik cəhətdən də çox münasibdir, çünki üzərlərinə xüsusi su hopdurmayan tərkib çəkilibdir.

Bizim fikrimiz:

— Vanna çanağını duş kabinlərindən üstün tutan zövqlü insanlar üçün parça pərdələr əvəz edilməz tapıntıdır. Çünki vanna otağında yuyunduqda ətrafa sıçrayan su döşəmədə arzuolunmaz gölməçələr əmələ gətirir. Və bunun qarşısını almaq üçün adətən istifadə edilən polietilen pərdələr interyer dekorativ fiaskoya uğradır. Lazımi xüsusiyyətlərə malik olan tekstil pərdələrin istehsalı ilə həmin “estetik dalandan” çıxış yolu tapıldı.

Aromaterapiya

Rahat ortamın yaradılmasında yay ətirlərinin də rolu əvəzolunmazdır. Lakin, biz vanna otağında standart hava təravətləndiricilərdən istifadə etməyə məsləhət görmürük. Rahatlıq və harmoniyaya nail olmaq üçün aromatik şamlardan və diffuzorlardan (otaq ətirlərindən) istifadə etmək daha məqsədəuyğundur.

Romantik ünsürlər

Vanna otağında şamları tək aromatizator kimi deyil, romantik dekor ünsürü kimi də istifadə etmək olar. Əgər siz rəflərdə və ya vannanın kənarında şamlar üçün uyğun yer tapsanız, onlar interyerdə harmoniya yaradıb, onu tamamlayacaq və vanna otağında işığı söndürdükdən sonra otağın ab-havasını dəyişəcək. Vanna otağının spesifikasını nəzərə alaraq, şamları şüşə qablara yerləşdirmək lazımdır ki, onların plitəsinə su düşməsin.

Paltar səbəti

Vanna otağının interyerində səbətlərdən istifadə etməklə siz bir daşla iki quş vurmuş olursunuz. Birincisi, siz dəbli aksesuar əldə etmiş olursunuz, ikinci isə, vanna otağında səliqə-səhmanın yaranmasına nail olursunuz.

Düzgün seçilmiş lampa

Əgər bizim verdiyimiz məsləhətlərdən yararlanaraq, vanna otağında baş vermiş dekorativ metamorfozlardan sonra, interyer sizə yetərincə rahat gəlmirsə, vanna otağında lampanı dəyişdirin və yerinə nisbətən az parlaq olan və sarı işıq verən lampadan istifadə edin. Bu sadə prosedurdan sonra, siz nəinki interyerinizdə, həmçinin güzgüdə gördüyünüz əksinizdə belə dəyişiklik hiss edəcəksiniz.

Çünki sarı işıq ağdan fərqli olaraq insanın üzündəki bütün nöqsanları gizlədir.

You may also like

Şərh yaz