Ana Səhifə DizaynAksesuar Dekor: foto, üslublar, ideyalar.

Dekor: foto, üslublar, ideyalar.

by admin
0 şərh 165 görüntü

Ev üçün bəzək əşyaları.

Mənzilin abadlaşdırılmasının final mərhələsi — mənzilə dekorun seçilməsidir. Divarların, tavanın, qapı və pəncərə kənarlarının işlənməsi — mənzilin interyerinin “üst qabığının” yaradılmasıdır. Yataq, uşaq, vanna otağı və ya mətbəx müxtəlif dekor əşyaları ilə bəzədiləməsə, mənzillərin hamısı eynitipli və vizual olaraq bir-birinə bənzər ola bilər. Dizayn konsepsiyasının individuallığını göstərmək, və ətrafdakıların diqqətini orijinal aksesuarlara yönəltmək, həmçinin mənzilin interyerinə rəng qatmaq üçün müxtəlif sənət əsərlərindən istifadə etmək olar.

Dekorlaşdırmanın əsas prinsipləri.

Mənzilinizi bəzəyərkən onun dizaynın ümumi üslubunu nəzərə almaq lazımdır:

  • Əgər siz hər zaman gənc və daim aktual olan klassik üsluba üstünlük verirsinizsə, qonaq otağında qızılı rəngli çərçivəyə salınmış rəsm əsərlərinin reproduksiyaları mütləq olmalıdır. Bundan əlavə qonaq otağında bürünc şamdanların və ya antikvar masaüstü saatların olması da vacibdir.
  • Əgər sizin zövqünüzə şebbi-şik, provans və ya vintaj üslubları daha uyğun gəlirsə, bu üslubda düşünülmüş interyerdə “köhnəlmiş” görkəmli mücrülər və ya fotoşəkil çərçivələri yer almalıdır. Belə əşyaların üzəri cızılmış və nahamar olur. Həmçinin mənzildə dəmirdən hazırlanmış qədim “çoxmərtəbəli” güldan altlıqları, əldə toxunmuş xalçalar və bəzəkli hörülmüş dəsmallar ola bilər.
  • Əgər siz kantri, şale və ya isveçrə üslublarının pərəstişkarısınızsa, və ya sizin ürəyinizə eko-üslub yatıbsa, onda mənzilinizə heyvan dərisi; mil və ya qarmaqla hörülmüş kreslo örtükləri, stulların üzərinə salınmış çexollar, açıq tonlarda parçalardan abajuru olan torşerlər; taxta və ya daşdan hazırlanmış dibçəklər ola bilər. Belə dekor əşyaları təbiətə yaxın olan dizayn üslublarına daha çox uyğun gəlir.
  • Əgər sizin seçiminiz fyujn üslubudursa, mənzilinizin dizaynında fərqli teksturaya və rafikaya malik olan interyer əşyalarını biri-birinə bağlayıb uyğunlaşdıran ahəngdar detallara yer verməlisiniz. Məsələn, mənzilin tavanının işlənməsində istifadə edilən metal moldinglər və döşəmədə istifadə edilən taxta parketi böyük müvəffəqiyyətlə üzərində taxta və metal elementlər çəkilmiş 3D rəsm əsəri tamamlaya bilər.

Aksesuarlar doğru seçildikdə, divarın dekoru istənilən otağın cəlbedici bəzəyi ola bilər. Evin dizaynının konsepsiyasında dekor əşyaları aparıcı rol oynamamalıdır. Əks halda ətrafdakıların bütün diqqəti otağın yalnız müəyyən hissəsinə yönələcək. Aksesuarların əsas təyinatı — ailə üzvlərinə estetik zövq verməkdir. Buna görə də yemək, qonaq və yataq otaqlarında əsas divarı bir böyük və ya bir neçə kiçik kompozisiya ilə bəzəmək lazımdır. Onları divarın mərkəzi hissəsində göz səviyyəsində yerləşdirmək lazımdır.

Səyyah, fotoqraf, idmançı və ya rəssam evinin dekoru ev sahibinin xobbi və maraqlarını əks etdirir. Əgər ev sakinlərinin maraqları üst-üstə gəlmirsə, hər ailə üzvü öz zövqünə uyğun bəzəyə bilər. Balıqqulaqları ilə dekor edilmiş orqanayzerlər, yadda qalan fotoşəkillərdən hazırlanmış kollajlar, kubok və medalları yerləşdirmək üçün ev sahibinin öz əlləri ilə hazırlandığı çoxmərtəbəli rəflər, tanınmış rəssamların rəsm əsərləri — bu əşyaların şəxsiyyətlrin evlərinin dominant detallarına çevrilib.

 

You may also like

Şərh yaz